ABŞ-ın 30 il müşahidə edilən ikilistandart siyasəti

16:29 05-06-2024 | icon 278 | Siyasət
ABŞ-ın 30 il müşahidə edilən ikilistandart siyasəti

Fuad Əliyev: "Baydenin təbrik məktublarını çox şişirtməsinlər"

 

“Baydenin təbrik məktublarını çox şişirtməsinlər. Bu adi protokol qaydalarıdır. Əgər xoş niyyətlə o fikirləri səsləndirirsə, onda niyə 907 maddəni ləğv etmir?”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Fuad Əliyev bildirib.

 

Fuad Əliyev vurğulayıb ki, ABŞ prezidenti 28 may Respublika günü və 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərin rəsmi açılş mərasiminə, keçiriləcək COP29 tədbirlə bağlı göndərdiyi təbrik məktublarında Azərbaycanı Cənubi Qafqaz regionda mühüm və əsas lider ölkə olduğunu qeyd edir. Onun sözlərinə görə, buna baxmayaraq, ABŞ Konqresinin 26 nümayəndəsi Azərbaycanın COP29-a sədrliyinə ittihamlarla dolu bir bəyanata imza atırlar:

 

"Azərbaycan ABŞ-ın bu ikilistandart siyasətini 30 il müşahidə etdi. 30 il ərzində erməni işğalına göz yuman, erməni separatizminə hərtərəfli dəstək verən, Azərbaycana qarşı 907-ci maddəni qəbul edən ABŞ olub. Ona görə də Baydenin təbrik məktublarını çox şişirtməsinlər. Bu adi protokol qaydalarıdır. Əgər xoş niyyətlə o fikirləri səsləndirirsə, onda niyə 907-ci maddəni ləğv etmir? Əsas fikir vermək lazımdır Prezident İlham Əliyevin cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışına və qeyd olunan məsələlərə. Cənab Prezidentin qeyd etdiyi kimi, - “Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”. Dövlətin bağladığı müqavilələrin arxasında durmaq lazımdır. Bunun üçün da sabitliyi qorumaq və saxlamağa bacarmaq lazımdır. Dövlətimiz bunu etdi və bu etibarı qazanmağa bacardıq. Bu gün Azərbaycan təkçə regionda yox, dünyada söz sahibi ölkələrin sıralarındadır. Keçirilmiş nüfuzlu beynəlxalq tədbirlər və  keçiriləcək COP29 bunun göstəricisidir”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI