Pensiya ilə bağlı ŞAD XƏBƏR

08:15 06-06-2024 | icon 185 | İqtisadiyyat
Pensiya ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı dəyişir. Belə ki, ölkədə 30 iyun 2024-cü ilədək kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 63 il 6 ay olacaq.

 

1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

 

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

 

Sirr deyil ki, erkən ölüm səbəbi ilə bir çox yaşlı nəslə pensiya almaq nəsib olmur. Belə olan halda yaş həddinin artırılması nə dərəcədə doğrudur?

 

Mövzunu şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, Azərbaycanda kişilərin və qadınların pensiya yaşının 65-ə çatdırılması ilə bağlı “Əmək pensiyaları haqında” qanunda 2017-ci ildə dəyişiklik edilmişdi.

 

 

O deyib ki, qanunun 7-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dən başlayaraq 2026-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq sonda qadınlar üçün 65 yaşa çatdırılacaqdı:

 

“Əmək pensiyaları haqqında” Qanunda vaxtılə edilmiş bu dəyişiklik cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, dəyişikliklərin müəllifləri bu addımı ilk növbədə ölkədə orta yaş həddi göstəricilərinin yaxşılaşması ilə izah edirlər. Digər tərəfdən orta pensiya yaşının 65-dən çox olduğu və onun 70-i ötdüyü ölkələrin də təcrübəsi ortadadır. Bəzi vətəndaşların pensiya yaşına çatmadan dünyasını dəyişməsi ölkə üzrə orta yaş göstəricisini dəyişdirə bilməz. Bir qrup insanların pensiya yaşına çatmadan dünyasını dəyişdiyi kimi, digər qrup insanlar da pensiyaya çıxdıqdan sonra yaşanacaq orta ömürdən bəzən 2-3 dəfə çox yaşaya bilirlər. Belə olan halda onlar hamı kimi təqaüd alırlar”.

 

Sabiq nazirin fikrincə, bu sırada ən önəmli məsələ təqaüdçü dünyasını dəyişdikdən sonra onun istifadə edilməmiş pensiya kapitalı ilə bağlıdır:

 

“Hesab edirəm ki, vətəndaşın hesabına illərlə yığılmış vəsait – yəni pensiya kapitalı onun mülkiyyətidir və əgər vətəndaş dünyasını dəyişən zaman bu hesabda hər hansı bir məbləğdə vəsait qalarsa, həmin vəsait vətəndaşın digər əmlakları kimi onun varislərinə çatmalıdır. Düşünürəm, sosial islahatlar çərçivəsində hökumət bu məsələnin həlli ilə bağlı müvafiq addımlar atacaq”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI