Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar

08:24 06-06-2024 | icon 173 | Təhsil
Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar

Parisdə Alfred Korton adına “École Normale de Musique de Paris” musiqi məktəbinin iki azərbaycanlı tələbəsi klassik musiqini yenidən gündəmə gətirməyi qərara alıb.

 

Versus.az xəbər verir ki, Alfred Korton adına “École Normale de Musique de Paris” musiqi məktəbinin iki azərbaycanlı - tələbəsi Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (piano) klassik musiqilərə, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə yeni nəfəs vermək məqsədi ilə “Duo Avey” adlı qrup və onun internet səhifəsini yaradıblar. Son iki ildə bəzi konsertlərdə birgə çıxış edən bu azərbaycanlı gənclər klassik musiqini, xüsusilə də unudulmuş musiqiləri yenidən gündəliyə gətirmək üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Onların repertuarında Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev kimi bəstəkarlarımızın əsərləri də yer alacaq. Bu gənc musiqiçilərin məqsədi həmçinin, Azərbaycan bəstəkarlarının zəngin irsini geniş musiqi sevərlər auditoriyasına tanıtmaqdır.

 

"Duo Avey" qrupu yalnız musiqinin texniki icrasına deyil, həm də səslənməsinə xüsusi diqqət yetirir. İfası vasitəsilə dinləyicilərlə dərin emosional əlaqə yaratmağa çalışan qrup üzvləri hər bir musiqinin dərinliyini və gözəlliyini musiqisevərlərlə bölüşmək istəyirlər.

 

Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (piano) birlikdə dinləyiciləri klassik və Azərbaycan musiqisinin kəşf edilməmiş sahələrini araşdırmağı, unudulmuş şah əsərlərə yeni nəfəs verməyi, klassik musiqi dünyasının mədəni strukturunu yeni ifaları ilə daha da zənginləşdirməyi qarşılarına məqsəd qoyublar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN