Yay Olimpiadasına 50 gün QALDI

11:54 06-06-2024 | icon 178 | İdman
Yay Olimpiadasına 50 gün QALDI

Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının başlamasına 50 gün qalıb.

Versus.az xəbər verir ki, Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Oyunların açılış mərasimi unikal olacaq, çünki ilk dəfə stadionda deyil, Fransanın tam mərkəzində, Sena çayı sahilində keçiriləcək. Paris Londondan sonra üçüncü dəfə (1900, 1924, 2024) Olimpiya Oyunlarına ev sahibliyi edən ikinci şəhərdir. XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi rəmzi bir günə planlaşdırılıb, çünki 1924-cü il Oyunlarının bağlanış mərasimi bu gündə baş tutub.

 

İştirakçı komandalar açılış mərasiminə qayıqlarda gələcəklər. Parisdə keçiriləcək Olimpiya Oyunlarında 32 idman növü üzrə 329 medal uğrunda yarışlar keçiriləcək, iştirakçıların sayı 10 mini keçəcək.
Oyunlar Taiti, Nant, Lion, Marsel, Sent-Etyen və digər şəhərlərdə təşkil olunacaq. Oyunlarda dünyanın hər yerindən 45 000-ə yaxın könüllü çalışacaq.

 

Paris Oyunlarının təşkilat komitəsi artıq Olimpiya Oyunlarının talismanını təqdim edib. O, frigiya qırmızı papağına bənzəyir. Papaq Fransa inqilabının və azadlığın simvolu hesab olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI