Delimitasiyanın növbəti mərhələsi çətin OLACAQ

15:25 06-06-2024 | icon 409 | Gündəm
Delimitasiyanın növbəti mərhələsi çətin OLACAQ

Ermənistanın Göyçə mahalının qubernatoru Karen Sarkisyanın ölkə parlamentində jurnalistlərin suallarını cavablandırarkən “Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq” açıqlaması blefdir.

 

Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu məlum açıqlamaya münasibət bildirərkərn deyib.

 

“Karen Sarkisyan Azərbaycan qoşunlarının Göyçə bölgəsinin ərazilərindən geri çəkməsinin vacibliyini səsləndirdikdə erməni jurnalistin “bəs geri çəkilməsələr hansı addım atılacaq” sualına yaxalanıb və “bu halda güc variantından istifadə edilə bilər, ancaq bu son variantdır” cavabını verib. Görünür, erməni qubernatorun jurnalistin sualına cavab vermək üçün başqa variantı qalmayıb. Həmin qubernatora da yaxşı bəllidir ki, Azərbaycan ordusu iki il əvvəl nəzarətə götürdüyü strateji yüksəklikləri tərk etməyəcək”.

 

Siyasi ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın strateji yüksəklikləri geri qaytarmaq üçün hərbi plana yaşıl işıq yandıracağı ehtimalı azdır, bu ona və ölkəsinə baha başa gələr.

 

“Paşinyan da bunun fərqindədir və elə ona görə də həmin mövzuda açıqlama vermir. Eyni zamanda erməni qubernatorun açıqlaması ona dəlalət edir ki, növbəti mərhələdə iki ölkə arasında sərhədin müəyyənləşməsi asan olmayacaq, bu gözlənilən idi”, - E.Şahinoğlu deyib.

 


Xatırladaq ki, aprel-may aylarında aparılan delimitasiya işləri nəticəsində Ermənistanla Azərbaycan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilərək rəsmiləşib.

 

Nəticədə Azərbaycan Respublikasının Qazax rayonunun 1992-ci ildən bəri işğal altında olan 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

 

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədi üzrə delimitasiya işlərini aparan komissiyalar prosesin növbəti mərhələsi barəsə hələ ki açqılama verməyiblər.

 

Komissiyaların rəhbərləri indiyədək 9 dəfə görüşüblər.

 

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.



Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyaya isə baş nazir müavini Mher Qriqoryan sədrlik edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI