Dünya liderlərindən Qəzza ilə bağlı birgə BƏYANAT

05:49 07-06-2024 | icon 158 | Dünya
Dünya liderlərindən Qəzza ilə bağlı birgə BƏYANAT

Dünyanın 17 ölkəsinin liderləri Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat imzalayıblar.

 
 

Versus.az xəbər verir ki, ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Danimarka, Fransa, Almaniya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tailand və Birləşmiş Krallığın liderlərinin birgə bəyanatında Qəzzada həmin ölkələrin vətəndaşlarının da olduğu girovların “Həmas” tərəfindən saxlanılmasından dərin narahatlıq ifadə edilib. Ölkələr atəşkəs, girovların azad edilməsi ilə bağlı masada olan və ABŞ Prezidenti Co Baydenin mayın 31-də elan etdiyi razılaşma istiqamətində fəaliyyəti tam dəstəklədiklərini bildiriblər. Bəyanatda, həmçinin “Həmas” bu razılaşmanı imzalamağa və girovların azad edilməsi prosesinə başlamağa çağırılıb.

 

“Bu razılaşma atəşkəsin dərhal əldə olunmasına, İsrail və fələstinlilər üçün təhlükəsizliyin təminatı ilə bərabər Qəzzanın bərpasına və daha davamlı uzunmüddətli sülhə, iki dövlətli həll imkanlarına gətirib çıxaracaq. Bu həlledici anda biz İsrail liderlərini, eləcə də “Həmas”ı bu razılaşmanı imzalamağa və girovlarımızın ailələrinə, eləcə də bu dəhşətli münaqişənin hər iki tərəfində olanlara, xüsusilə mülki əhaliyə kömək etmək üçün lazım olan yekun kompromis addımları atmağa çağırırıq. Müharibənin bitməsinin vaxtıdır və bu razılaşma vacib başlanğıc nöqtəsidir”, - deyə bəyanatda qeyd olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI