“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında

13:46 07-06-2024 | icon 491 | Film
“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında

"Amburan Mall" ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən "CineMastercard" premium kinoteatrında yay mövsümünün açıq səma altında təntənəli açılışı və Amerika istehsalı olan "Pis oğlanlar: Sonacan" filminin premyeradan öncə nümayişi baş tutdu. Axırıncı hissə "Pis oğlanlar" franşizasının dördüncü hissəsi və "Pis oğlanlar: Əbədi" (2020) filminin davamıdır.

 

Franşizanın ilk hissəsi 1995-ci ildə ekran üzü gördü. Bu müddət ərzində film döyüş komediyaları arasında klassik olmağı bacardı.

 

Detektiv partnyorların əsas rollarını yenə Uill Smit və Martin Lourens canlandırıblar.

 

Rejissorlar: Adil El Arbi, Bilal Fallah.

 

Film haqqında qısaca: Bir gün oğlanlar xəbərlərdə korrupsiyada və narkotik kartelləri ilə əlaqədə olduğu iddia edilən mərhum kapitan Konrad Hovarda qarşı ciddi ittiham eşidirlər. Ölümündən əvvəl çəkilmiş video bunun yalan olduğunu təsdiqləyir, və burada Hovard qatillərini tapmağa və ləkələnmiş şərəfini bərpa etməyə çağırır. Polislər keçmiş yoldaşın çağırışına cavab verməyə hazırdır, lakin bununla özlərini də təhlükəli vəziyyətə salırlar.

 

Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.

 

Rəqs qrupunun polis geyimində çıxışı və DJ-in parlaq işıq şousu gecəyə xüsusi əhval-ruhiyyə bəxş edib.

 

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır..

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI