"38,7 %-i əsaslı, 58 %-i cari, 3,3 %-i isə dövlət borcuna xidmət xərcləri olacaq"

14:26 07-06-2024 | icon 355 | İqtisadiyyat
"38,7 %-i əsaslı, 58 %-i cari, 3,3 %-i isə dövlət borcuna xidmət xərcləri olacaq"

Samir Şərifov: “Dövlət büdcəmizin gəlirləri 13,259 milyard, xərcləri isə 10,75 milyard manat təşkil edib"

 

“Qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 0,8 faiz bəndi artırılıb. Yenilənmiş büdcədə Dövlət Neft Fondundan transfertin məbləği dəyişdirilməyib. Prioritet istiqamətlərdən Qarabağda və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidən qurma işləri üçün 1,4 milyard manat, müdafiə və təhlükəsizlik tədbirləri üçün 800 milyon manat, infrastruktur layihələri üçün isə 977 milyon manat nəzərdə tutulub. Büdcə xərclərinin 38,7 %-i əsaslı xərclər, 58 %-i cari xərclər, 3,3 %-i isə dövlət borcuna xidmət xərcləri olacaq”.

 

Versus.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin növbənkənar sessiyasının bugünkü iclasında “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Nazir bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51,8 % çox olub ki, bu da proqnozdan 1,5 faiz bəndi çoxdur. 4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6,867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur.

 

S.Şərifov həmçinin qeyd edib ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,259 milyard manat, xərcləri isə 10,75 milyard manat təşkil edib:

 

“Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur. Son nəticədə 4 ayda büdcədə 2,509 milyard manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır. Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsində gəlirlər üzrə proqnozun 48,9 %-i neft-qaz, 51,1 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI