Türk dünyasının gücləndirilməsinə istiqamətlənən ADDIMLAR

19:18 07-06-2024 | icon 301 | Siyasət
Türk dünyasının gücləndirilməsinə istiqamətlənən ADDIMLAR

Könül İsmayılova: “Azad edilmiş torpaqlarımızda Türk dünyasının birliyini əyani şəkildə görürük”

 

“Davamlı təmaslara ehtiyac var. Çünki hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş addımdır”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışı ilə bağlı açıqlamasında bildirib.

 

Türk dünyasının birləşməsi istiqamətində ölkələrimizin böyük səylər göstərdiyini qeyd edən K.İsmayılova prioritet istiqamətlərə diqqət çəkib:

 

“Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Dövlətimizin təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Ölkə başçımızın da qeyd etdiyi kimi, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Yəni davamlı təmaslara ehtiyac var. Çünki hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş addımdır”.

 

Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi məna daşıdığını vurğulayan Könül xanım xatırlatdı ki, Şuşa 4 ilə yaxındır işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Onun fikrincə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşaya səfərləri çox böyük önəm daşıyır və bunun özü dünyaya bir mesaj sayılır:

 

“Birliyin göstəricisi kimi Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Ağdam və Füzuliyə səfərini göstərmək olar. Bu ərazilərimizdə qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi göz önündədir. Artıq Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilmiş bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək.

Bir sözlə, azad edilmiş torpaqlarımızda Türk dünyasının birliyini əyani şəkildə görürük”.

 

Yaxın gələcəkdə Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini deyən K.İsmayılova bildirdi ki, erməni vandallarının xarabaya çevidiyi Azərbaycan torpaqlarında bu gün həyat bərpa olunur:

 

“Bu ərazilərimizdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıdıblar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır. Bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI