Ağciyər xərçənginə qarşı YENİ ÜMİD

09:24 08-06-2024 | icon 195 | Sağlamlıq
Ağciyər xərçənginə qarşı YENİ ÜMİD

Ağciyər xərçənginin müalicəsində istifadə edilən yeni dərmanlar xəstələrə ümid bəxş edib. Həmin dərmanlar ağciyər xərçəngindən əziyyət çəkən insanların ömrünə aylar, hətta illər əlavə edir. Dünyada ən çox ölümə səbəb olan ağciyər xərçəngi adətən gec aşkarlanır, bəzi hallarda xəstədən ümid kəsilir.

 

Versus.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Amerika Klinik Onkologiya Cəmiyyətinin mayın 31-dən iyunun 4-dək keçirilən illik iclasında təqdim edilən üç araşdırma ağciyər xərçəngi xəstələrinin daha uzun illər yaşaya biləcəyini ortaya qoyub.

 

Pensilvaniya Sağlamlıq Sistemi Universitetindən onkoloq Angela Demichele bildirib ki, xəstəliyin proqnozu hər zaman pis nəticələr bəxş edib:

 

“Heç vaxt sağalacağına ümid etmədiyimiz xəstələr də indi yaxşılaşırlar. Birinci, ikinci və üçüncü araşdırmalarda məlum oldu ki, xəstəliyə qarşı hazırlanan dərman hətta üçüncü mərhələdə olan xəstələrdə ağciyər xərçəngini kimyaterapiya və radiasiya terapiyasından təxminən üç il daha uzun müddətə idarə edə biləcək. Tədqiqatda şişlərdə genetik mutasiyaları hədəf alan dərman – “Lorbrena”nın təsirləri var. Bu araşdırmada xərçəng xəstələrinin yüzdə 60-nın sağ olduğu müəyyənləşib və 5 il həmin dərmandan istifadə etdikdən sonra xəstəliklərinin irəliləmədiyini deyiblər”.

 

Alimlərdən David Spigel bildirib ki, bu nəticələr həqiqətən də qeyri-adidir:

 

“Ağciyər xərçənginin müalicəsində irəliyə doğru böyük bir addımdır”.

 

2011-ci ildə 24 yaşında ikən dördüncü mərhələdə ağciyər xəstəliyi diaqnozu qoyulan Matt Hiznay isə verdiyi açıqlamasında “gələcəyi yenidən görmək bir az daha asan oldu” deyərək təəssüratını bölüşüb.

 

Bu irəliləyişlərə baxmayaraq, tədqiqatçılar hələ qarşıda uzun bir yol olduğunu düşünürlər. Həkimlər qeyd edirlər ki, ağciyər xərçəngi bəzi digər xərçəng növləri ilə müqayisədə immunoterapiya kimi yeni dərmanlara daha yaxşı cavab verir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI