Lənkəranda Uşaq Musiqi Məktəbinin HESABAT KONSERTİ

18:18 08-06-2024 | icon 336 | Mədəniyyət
Lənkəranda Uşaq Musiqi Məktəbinin HESABAT KONSERTİ

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Lənkəran Şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin illik hesabat konserti keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəsmiləri, ziyalılar,müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konsert proqramında Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət ansamblların ifasında Azərbaycan və Xarici bəstəkarların əsərləri səsləndirilib.

 

Sonra Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək hesabat konsertinin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Qeyd ediblər ki, Lənkəran Şəhər Cəfər Cabbarlı adına 1nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird heyətinin rayonda keçirilən tədbirlərdə, həmçinin respublika müsabiqələrində uğurla çıxış ediblər.

 

 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI