"Azərbaycan qeyri-ənənəvi enerjinin istehsalında maraqlıdır"

18:01 07-06-2024 | icon 128 | Siyasət
"Azərbaycan qeyri-ənənəvi enerjinin istehsalında maraqlıdır"

Elman Nəsirov: “Dünya Azərbaycanı yaşıl enerji ölkəsi kimi qəbul etməyə başlayır”

 

"Bakı Enerji Həftəsi çox mühüm tədbirdir. Enerji qeyri-ənənəvi bərpa olunan enerji imkanlarının beynəlxalq ictimaiyyətə, nəhəng enerji şirkətlərinə çatdırılması baxımından böyük məna kəsb edir".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov iyunun 4-də başlayan Bakı Enerji Həftəsi ilə bağlı açıqlamasında bildirib.

 

E.Nəsirov Enerji Həftəsində düzənlənən beynəlxalq neft-qaz sərgisinin hələ ilk dəfə 30 il bundan qabaq keçirilməsi və bunun ardınca imzalanan “Əsrin Müqaviləsi” layihəsinə diqqət çəkib:

 

“Həmin müqavilə Azərbaycanın neft potensialını bütün dünyaya nümayiş etdirdi. 1994-cü il 20 sentyabrda imzalanan “Əsrin Müqaviləsi” indiyə qədər bütün iqtisadi uğurların kökündə dayanan fundamental səbəbdir”.

 

Deputat Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirlən tədbirlərdə, sərgilərdə vurğuladığı bir neçə məqama diqqət çəkməklə verdiyi mesajlara toxunub:

 

“Prezident bildirdi ki, “Əsrin Muqaviləsi”nin həmin dövrün reallığında imzalanmasının qeyri-mümkün sayılırdı. Çünki o zaman Ermənistan ərazilərimizə qarşı işğalları davam etdirir, ölkədə vətəndaş müharibəsi təhlükəsi, hərcmərclik şəraiti hökm sürürdü. Beynəlxalq şirkətlər məhz ulu öndərə etimad göstərməklə “Əsrin müqaviləsi” imzalandı. Beləliklə, keçən dövr ərzində Azərbaycan Avropanın enerji təhlükəsziliyində mühüm oyunçuya çevrildi və əldə edilmiş razılaşmaya görə 2027-ci ilə qədər Azərbaycan Avropaya 20 milyard kub metr qaz satışını həyata keçirməlidir. Bu Avropanın istəyidir. Azərbaycan bu gün Avropa İttifaqının 10 dövləti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb və 8 dövlətə qaz satır ki, onun 6-sı Avropa ölkəsidir. Ölkəmizdə yoxsulluğun səviyəsi 50 faizdən 5 faizə düşüb. Son 5 il ərzində -2018-2023-cü illərdə 4 sosial-iqtisadi islahatlar paketi tətbiq edilib və bunun əsasında 4 milyondan çox vətəndaşımız təxminən 7 milyarddan çox vəsait alıb. Bu da Azərbaycanın neftdən, qazdan gələn gəlirlərin ədalətli bölgüsünün ifadəsidir”.

 

E.Nəsirov qeyd edib ki, bu gün Azərbaycan dünyaya həm də yeni bir enerji mənbəyi - bərpa olunan enerji ilə tanınmaqdadır. Onun sözlərinə görə, məhz elə bu məntiqlə də Azərbaycan bu il COP 29 beynəlxlaq tədbirə ev sahibliyi edəcək:

 

“Buna mənəvi haqqımız var. Adətən bəzi ölkələr bu məsləyə bir qədər skeptik yanaşır, etimadsızlıq göstərirlər. Amma Azərbaycan öz əməlləri ilə sübut edir ki, qeyri-ənənəvi enerjinin istehsalında maraqlıdır. Artıq Azərbaycan yaşıl-bərpa olunan enerjiyə keçidi həyata keçirdir. Biz Birləşmiş Ərəb Əmirliyinin Massan şirkəti ilə 230 MQB-lıq layihəni həyata keçirmişik. Artıq istehsal başlanıb. İyunun 4-də Bakı Həftəsinin başlandığı gün yenə də Massan şirkəti ilə növbəti, artıq 1 GQB-lıq bərpa olunan enerji layihələrinin sənədlərin imzalanması həyata keçirildi. Söhbət Biləsüvarda, Neftçalada və eyni zamanda Abşeron, Qaradağ ərazilərində günəş və külək enerjisi ilə bağlı istehsalın bünövrəsinin qoyulmasından gedir. Nəticədə Azərbaycan qısa zaman ərzində 2 GQB-lıq yaşıl enerji istehsalını həyata keçirəcək. Elə bu kontekstdə Cənab Prezident çıxışında bildirdi ki, bu gün Qarabağ və Şəqri Zəngəzur iqtisadi zonalarında yaşıl enerji potensialı var. Söhbət 10 GQB-lıq enerjidən gedir. Və artıq Qarabağ və Şərqi Zəngəzurda 270 MQB-lıq su, elektrik stansiyası işə salınıb və yaxın bir neçə ilə ərzində onun həcminin 500 MQB-ata çatdırılması gözlənilir”.

 

E.Nəsirov önə çəkdiyi faktlara əsasən Azərbaycanın yaşıl enerji sahəsində çox ciddi işlərin əsasını yaratdıynı deyib. Onun sözlərinə görə, ölkəmiz bu sahədə ixracatçı ölkə potensialını da ortaya qoyub:

 

“Biz Gürcüstan ərazisində Qara Dənizin dibi ilə keçməklə ta Rumınya və Macarısatana qədər istehsal olunmuş elektrik enerjisinin ixracını həyata keçirmək istəyirik. Bu, yaşıl enerjinin istehsalı xeyli miqdarda təbii qaz imkanlarını artıracaq, onun potensialından istifadə ediləcək. Bu da onu göstərir ki, bu gün Azərbaycan sözün əsl mənasında dünyada gedən tendensiyalara adekvat olaraq reaksiya verir. Azərbaycan dünyaya təkcə multikultural dəyərləri və neft-qaz ixrac eləmir, həm də yaşıl enerji ixracı potensilalını ortaya qoyur”.

 

E.Nəsirov hesab edir ki, Azərbaycan bu gün həm Bakıda keçirilən Enerji Həftəsində, həm də COP 29 çərçivəsində dünyaya yeni ampluada təqdim olunur. Dünya Azərbaycanı Yaşıl enerji ölkəsi kimi qəbul etməyə başlayır:

 

“Dünyanın gələcək taleyi və inkişaf tendensiyası bununla bağlıdır. Bu baxımdan Azərbaycan iqlim dəyişikliyi məsələlərinə çox böyük önəm verən bir dövlət kimi dünyaya təqdim olunur. Və cənab Prezident çıxışı zamanı bu məsələyə toxunaraq dedi ki, heç uzağa getməyin, Xəzər dənizinə baxın. Görəcəksiniz ki, iqlim dəyişikliyi nəyə gətirib çıxarıb. Bu gün Xəzər dənizinin suyu artıq dayazlaşmağa başlayıb. Çünki ona qida verən çayların özündə ekoloji problemlər yaşanır. Bu təhlükəli tendensiyadır. Azərbaycan bu baxımdan prosesə böyük töhfə verir və dünyanın nəhəng sənaye enerji şirkətləri də Azərbaycan paytaxtına gəlməklə ölkəmizi yeni bir ampluada kəşf edirlər. Eləcə də Azərbaycanın inkişaf traioktoriyası onu göstərir ki, bizim atdığımız addımlar təkcə lokal, regional deyil, qlobal məna və əhəmiyyət kəsb edir. Bir daha cənab Prezidentin sözləri desək, Azərbaycan dünyada elə də böyük ölkə deyil, lakin sözünün mənası, çəkisi böyükdür”.

 

E.Nəsirov bildirib ki, bu proseslər dünyada diqqətlə izlənir. Onun sözlərinə görə, dünyanın fövqəl dövləti olan ABŞ prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsi ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubu göndərməsi Azərbaycanın yaşıl enerji istiqamətində atdığı addımlara, beynəlxalq təhlükəsziliyə verdiyi töhfələrin yüksək qiymətləndirilməsidir:

 

“Azərbayacanın Avropanın enerji təhlükəsiziliyinin təminatındakı rolu ilə bağlı dəqiq qiymətləndirmələr aparılır. Həm də qeyd olunur ki, Azərbaycan bu istiqamətdə atdığı addımlarla sülh prosesinə böyük töhfələr verir. ABŞ Prezidenti səviyyəsində bu reallıqlar təqdir olunur. Hesab edirəm ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə xüsusi nüfuzu, çəkisi, ona olan etimadın kökündə dayanan əsas fundamental səbəb Azərbaycan dövlət başçısının sözlərinin imzası qədər dəyərli, mühüm olmasıdır. Çünki Prezident nəyi deyirsə mütləq əməldə təsdiqin tapmış olur”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI