“Qarabağ” Lunyovun yerinə onunla anlaşdı

11:19 10-06-2024 | icon 112 | İdman
“Qarabağ” Lunyovun yerinə onunla anlaşdı

Rusiyalı qapıçı Andrey Lunyovla yollarını ayıran “Qarabağ” onun yerini xorvat qolkiperlə dolduracaq.

 

Futbolinfo.az-ın məlumatına görə, Ağdam klubu Portuqaliyanın “Vizela” klubunda çıxış edən Fabiyan Buntiçlə anlaşıb.

 

27 yaşlı oyunçu bu gün Bakıya gələcək. O, tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Fabiyan Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı bu klubun U-19 komandasına kimi yüksəlib, 2016-cı ildə “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabiyan, 2022-ci ildə “Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matçda 62 top buraxan Buntiç Xorvatiyanın U-18 və U-19 millilərində çıxış edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

Yaddaş gücləndirici dərmanların FƏSADLARI

Spikerlərin BAKI TOPLANTISI

Türk dünyasının gücləndirilməsinə istiqamətlənən ADDIMLAR

“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında

Bu da Səidənin "Dünya"sı

Ayaz Babayev və Oğuzhan Koç eyni səhnədə

Elçin şagirdlərin izdihamı ilə qarşılaşdı

Sertifikasiyadan kəsilən müəllimlərə SON ŞANS

İsrail üçün yeni TƏHLÜKƏ

Lənkəranda Uşaq Musiqi Məktəbinin HESABAT KONSERTİ

Macarıstandan Azərbaycana JEST

Üç həftədən çox davam edən öskürəyə DİQQƏT