Quzu əti BAHALAŞDI

06:54 11-06-2024 | icon 119 | Sosial
Quzu əti BAHALAŞDI

Qurban Bayramı ərəfəsində xüsusilə quzu ətinin qiymətində bahalaşma müşahidə edilir. Satıcılar bildirir ki, hazırda 15-20 kiloqramlıq qurbanlıq quzu ətinin qiyməti 19-20 manat arasında dəyişir. 

 

Versus.Az xəbər verir ki, onların sözlərinə görə, 10 kiloqramlıq quzu ətinin kiloqramı isə bəzi yerlərdə 22 manata qədər yüksəlir.

 

Qiymətlərin bahalaşması alıcı qüvvəsinə də təsir edib. Əvvəlki illərlə müqayisədə qurbanlıq quzularla bağlı sifarişlər kəskin azalıb. Satıcılar bildirib ki, qiymətin dəyişməsinə yemin baha olması da təsir edən amillərdən biridir.

 

Alıcılar isə qiymətlərin artmasına görə aldıqları ətin kiloqramını azaltmaq məcburiyyətində qaldıqlarını bildirirlər.

 

İqdisatçı Ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymətin bahalaşmanın əsas səbələrindən biri son illər ölkədə xırdabuynuzlu heyvanların azalması və qurban bayramı ərəfəsində ətə olan təlabatın artmasıdır.

 

Ekspert əlavə edib ki, ət bazarında qiymətlər rəsmi qurumlar tərəfindən tənzimlənmir. Bayramdan sonra qiymətlərdə ucuzlaşma gözlənilir.

 

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN