Duz qarışqalarla mübarizədə effektivdirmi?

07:12 11-06-2024 | icon 134 | Maraqlı
Duz qarışqalarla mübarizədə effektivdirmi?

Yay mövsümü özü ilə bağçılıq dövrünü gətirib. Bütün bağbanların belə vaxtlarda ən böyük problemi qarışqalardır. Bəziləri bu həşəratlarla mübarizə üçün duzdan istifadə edir. Bəs bu nə dərəcədə doğru addımdır?

 

Rusiyalı aqronom Petro Sinkovski bununla bağlı tövsiyələrini bölüşüb.

 

Onun sözlərinə görə, bağçılıqla məşğul olanlar adi xörək duzunu qarışqalara və alaq otlarına qarşı tez-tez istifadə etməyə çalışsalar da, bu məhsulu hər dərdin dərmanı adlandırmaq olmaz:

 

"Duz yalnız o zaman effektiv olur ki, onu suya qatıb qarışqa yuvasını və ya qarışqaların sahəyə daxil olduğu yeraltı keçidləri suvarırsınız. Lakin soda və ya naşatır spirtinin su ilə qarışığı da eyni effekti verir. Naşatır hətta daha yaxşı işləyir; qarışqalar kəskin qoxulardan xoşlanmırlar".

 

Mütəxəssis qeyd edib ki, kristal formada duz isə ümumiyyətlə qarışqalarla mübarizədə tam faydasızdır:

 

"Lap bütün qarışqa cığırlarını onunla tozlandırın - onlar yan keçəcək və yenilərini salacaqlar. Bu zaman bir müddət elə görünə bilər ki, onlar tamamilə yox olublar (duz işləyib), amma bu heç də belə deyil. Eyni zamanda, xörək duzu torpağa çox zərər verə bilər. Xlorid, ümumiyyətlə, bağ və bostan bitkiləri tərəfindən o qədər də sevilmir. Buna görə onun torpaqda konsentrasiyasını artırmağa ehtiyac yoxdur".

 

Mütəxəssis qarışqa ilə mübarizəyə ətirli bitkilərin kömək etdiyini vurğulayıb:

 

"Bundan başqa bağda bir neçə kərtənkələnin olması da faydalıdır - onlar qısa müddətdə qarışqaları məhv edirlər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN