Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

08:52 11-06-2024 | icon 314 | Cəmiyyət
Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

Fuad Əliyev: "Bunu aradan qaldırmaq üçün təkliflər hazırlayırıq”

 

“Yay aylarının ilk günləri isti keçdi. Proqnozlara görə qarşıdan gələn iyul, avqust aylarında havanın temperaturu 40-dan çox olacaq. Bu halda Əmək Məcəlləsinə görə, temperatur 41 dərəcədən yuxarı olduqda açıq havada iş prosesi dayandırılmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev deyib.

 

Fuad Əliyev hesab edir ki, isti havalarda sahibkarlar işi dayandırmalı, yaxud əlavə tədbirlər görməlidirlər:

 

“İsti keçən günlərdə iş mütləq dayandırılmalıdır. Bu xüsusilə tikinti sektoruna aiddir. Əgər işin dayandırılması mümkün deyilsə, onda işəgötürən fasilələr təşkil etməli, işçilərə sərinləşdirici içkilər verməlidir. Nəqliyyat sektorunda isə kondinsionerli nəqliyyat vasitələri xətlərə çıxmalıdır”.

 

MHB sədri Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin də qənaətbəxş olmadığını deyib:

 

“Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti sıfır dərəcəsindədir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının “əli-qolu” bağlıdır. Məsələn, tikinti sahələrinə baş çəkə bilmirlər. Tikintidə işləyən fəhlələr bizə, Müstəqil Həmkarlar Birliyinə müraciət edirlər, kömək istəyirlər. Tikinti sektorunun sahibkarları nə bizə, nə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarına bu müraciətləri araşdırmaq üçün şərait yaratmırlar. Bu qanun boşluğudur. Bunu aradan qaldırmaq üçün Müstəqil Həmkarlar Birliyi olaraq təkliflər hazırlayırıq”.

 

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN