Rəşid Behbudovun ölümünə səbəb olan ŞOK FOTO

10:03 11-06-2024 | icon 117 | Cəmiyyət
Rəşid Behbudovun ölümünə səbəb olan ŞOK FOTO

Foto şərtidir: Xalq artisti Rəşid Behbudov 1985-ci ildə Almaniya Federativ Respublikasında səfərdə olarkən

 

Azərbaycanın və SSRİ-nin xalq artisti, Dövlət Mükafatı laureatı Rəşid Behbudovun qızı Rəşidə Behbudova “HafizTimes.com” saytına verdiyi müsahibədə atasının 35 il öncə kasetə görə öldürüldüyünü iddia edib. Onun sözlərinə görə, həmin lentdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar olub. Bundan başqa, sənətkarın Hindistanda ikən Stepan Şaumyanın məzarını gördüyünü və bunu ictimailəşdirməyə çalışdığını bildirib.

 

Mövzu ilə bağlı danışan politoloq Cümşüd Nuriyev deyib ki, həmin vaxt Rəşid Behbudov bəzi məlumatları yaymağa çalışırmış:

 

“1989-cu ildə Qarabağ Komitəsində çalışırdım. Rəşid Behudov komitənin sədri Bayram Bayramovun yanına gəlmişdi. O, həmin zaman Hindistandan qayıtmışdı. Onlar səfərdə olanda tərcüməçi ona Stepan Şaumyanın yaxınlarda dünyasını dəyişdiyini və qəbrinin məhz Hindistanda olduğunu deyib. Bunu eşidən R.Behbudov Hindistana gedərək onun qəbrini lentə alıb. Bunu Təhlükəsizlik orqanlarına dərhal xəbər vermişdilər. Çünki Şaumyanın qəbrini ermənilər tamamilə gizli saxlamağa çalışırdılar”.

 

Politoloq deyib ki, ermənilər Şaumyanın vəhşiliyini gizlətmək üçün əllərindən gələni ediblər:

 

“Hətta ermənilərin Şaumyanla bağlı izi itirməsi üçün 1965-ci ildə gorbagor Mikoyan Bakıya gəlib. Təsəvvür edin, Şaumyan və 26-larla əlaqəli nə qədər orijinal sənəd var idisə, hamısını birinci katib Vəli Axundovun razılığı ilə yığıb aparıb. Beləliklə, materialın izini tamamilə itirirlər.

Şaumyan Azərbaycanda çox böyük vəhşiliklər törədib. Birmənalı şəkildə Bakı qırğınlarının müəlliflərindən biridir. Onun Şamaxıda, Qubada baş verən qırğınlarda əli var. Çünki Lalayan Şaumyanın “sağ əli” olub.

 

Qayıdaq kaset məsələsinə….

Rəhmətlik Rəşid Behbudov lentə aldığı görüntüləri gətirəndə dedik ki, bunu mətbuatda yayaq, beləliklə, səni qorumuş olacağıq. Doğrudan da material yayıldıqdan sonra onun təhlükəsizliyi təmin olunacaqdı. Hətta biz xəbəri “Azərbaycan qəzeti”ndə vermək istəyirdik. Behbudov dərhal razı olsa da, o söhbətdən xəbəri olan kimsə daha tez addım atdı. Nəticədə sənətkar öldürüldü. Təəssüf ki, həmin kaseti əldə edə bilmədik”.

 

Politoloq Stepan Şaumyanın qəbrinin fotosunu gördüyünü deyib:

 

“O fotonu Rəşid Behbudov bizə göstərmişdi. Dəqiq bilirik ki, videosu da var idi. Həmin görüntüləri gətirməyə getdi, elə onda da öldürdülər. Hətta açıq şəkildə deyirəm ki, Behbudovu ermənilərin əli ilə KQB öldürdü. Qorbaçov da onların ortağı idi. Şaumyan kimi şərəfsizlərdən bizə qarşı ideoloji silah kimi istifadə edirdilər. Açığı, Azərbaycanda onun qohumları da güclü idi”.

 

Cümşüd Nuriyev həmin gizli kasetdə Dağlıq Qarabağ barədə bəzi qərarların olması məsələsinə toxunub:

 

“R.Behbudov deyirdi ki, Qorbaçov, həyat yoldaşı və İspaniyada yaşayan erməni milyarder Gülbekyan soyadlı şəxs Aralıq dənizində sualtı qayıqda görüş keçiriblər. Həmin görüşdə Gülbekyan Raisa Maksimovnaya brilyantla bəzədilmiş, qiyməti hələ o vaxt 300 milyon dollara olan paltar (don) hədiyyə edib. Bundan başqa da qızıl dəsti veriblər. Çünki Gülbekyan qızıl satışı ilə məşğul idi. Behbudov bütün bunların hamısının sübut olaraq kasetdə olduğunu desə də, gətirib yaya bilmədi. Daha doğrusu, imkan vermədilər. Təəssüf ki, kaset haqda məlumat necəsə yayılmışdı. Səhv etmirəmsə, dahi sənətkarı bundan sonra zəhərlədilər”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

İsrail bəyan etdi...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN