Daha bir özəl klinika BAĞLANDI

10:30 11-06-2024 | icon 132 | Sağlamlıq
Daha bir özəl klinika BAĞLANDI

Qax şəhəri, Heydər Əliyev prospekti, 29 ünvanında yerləşən “İnvitro” klinikasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

 

Versus.Az xəbər verirb ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,obyekt avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğuları ilə təmin edilməyib, həmçini elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb.

 

Bundan başqa, təxliyə planı düzgün tərtib edilməyib və ehtiyat çıxış yolları bağlanılıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib.

 

“Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İnvitro” klinikasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – deyə məlumatda vurğulanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qurban ətini neçə müddət saxlamaq olar?

Vlada Axundovadan YENİ KLİP

İsrail bəyan etdi...

Müəmmalı səfərlər, hərbi sazişlər, gizli toplantılar...

Türkiyədə meşə yanğınları başlayıb

Ronaldu altıncı AÇ-yə qatıldı

DTX-nin ƏMƏLİYYATI

Qəbul imtahanına qeydiyyat başa ÇATDI

Onkoloji xəstələrin tibbi sığorta ilə müalicəsi…

Xırdalanda partlayış SƏSLƏRİ

İnsanlarda qarpızla bağlı TƏRƏDDÜT

Çimərlikdə kişilər qadınlara hücum ÇƏKDİLƏR

Azərbaycana yay fəsli GƏLDİ

Növbədənkənar seçki qərarına REAKSİYA

Ordumuza qarşı xain PLAN