Şuşa Bəyannaməsi - İki ölkənin birlik və qardaşlığının TƏNTƏNƏSİ

11:02 14-06-2024 | icon 346 | Siyasət
Şuşa Bəyannaməsi - İki ölkənin birlik və qardaşlığının TƏNTƏNƏSİ

Könül İsmayılova: “Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyini gördü”

 

“Azərbaycan-Türkiyə münasibətləri illər öncədən özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub”.

 

Versus.Az xəbər verir ki, bunu 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

 

K.İsmayılova bildirib ki, bu gün Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlər beynəlxalq aləmdə nadir hadisədir. Qeyd edib ki, iki dövlətin dostluğu və qardaşlığı onların ən böyük sərvətidir:

“Azərbaycan-Türkiyə münasibətləri ötən ilin Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük savaş günlərində bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyini və sarsılmazlığını gördü”.

 

K.İsmayılova qeyd etdi ki, Azərbaycanın haqq işini qətiyyətlə dəstəkləyən Türkiyə dövləti özünün qardaşlıq və mənəvi missiyasını yerinə yetirdi. Belə ki müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi:

 

“Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq”.

 

Bəyannamənin ölkələr arasında münasibətlərin gələcəyini müəyyən etdiyini vurğulayan K.İsmayılova qeyd etdi ki, iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Onun sözlərinə görə, Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır:

 

“Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

 

Qeyd edim ki, Bəyannamə eyni zamanda Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır”.

 

Xanım siyasətçi onu da bildirdi ki, Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır:

 

“Bəyannamənin imzalanması üçün Şuşa şəhərinin seçilməsi isə ilk növbədə verilən aşkar mesajdır ki, Ermənistanın viran qoyduğu Qarabağ işğaldan azad edilməklə, mədəni tədbirlərə ev sahibliyi etməklə yanaşı, eləcə də diplomatik sazişlərin imzalandığı bir məkana çevrilməkdədir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI