"ŞƏT-in Azərbaycana faydası olduğu qədər Azərbaycanın da ŞƏT-ə qiymətli töhfələri var"

13:01 10-07-2024 | icon 758 | Siyasət
"ŞƏT-in Azərbaycana faydası olduğu qədər Azərbaycanın da ŞƏT-ə qiymətli töhfələri var"

Aydın Quliyev: “Heç kim Azərbaycana minnət qoymamalıdır ki, Azərbaycanı ŞƏT-ə qəbul etmək istəyirlər”

 

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Astanada keçirilən Zirvə toplantısında iştirak etməsi və bu çərçivədə keçirdiyi görüşlər gündəmin əsas mövzuzu olaraq diqqətlə izlənir. Astanada keçirilən  Zirvə görüşündə Bekarusun təşkilata qəbul olunmasından sonra 10-u  üzv ölkə olmaqla 16 dövlət və hökumət başçıları qatılıblar. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə sammitinin əhəmiyəti, “Astana Bəyannaməsi”, Azərbaycan dövlət başçısının keçirdiyi görüşlər və müzakirə olunan məsələləri hansı mühüm əhəmiyyət daşıyır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən siyasi şərhçi Aydın Quliyev bir çox məqamlara diqqət çəkib.

 

- Prezident İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Astanaya səfər etdi. Prezidentin səfərini və bu çərçivədə keçirilən görüşləri necə dəyərləndirmək olar?

 

- Şanxay Əməkdaşlıq Təşkilatının bu Zirvəsi sözsüz ki, dünya hadisəsidir. Çünki söhbət dünya əhalisinin təxminən yarısını və dünyanın ümumdaxili məhsulunun az qala yarısından çoxunu və bir məkanı təmsil eliyən ölkələrin Zirvəsindən gedir. Şübhə etmirəm ki, bu gün dünyanın bütün ölkələrində Şanxay Əməkdaşlıq Təşkilatının bu Zirvəsini və qəbul edəcəyi qərarları izləyə biləcəklər. Təbii ki Azərbaycan prezidentinin bu Zirvəyə ikinci dəfə qonaq sifətində dəvət olunması da əhəmiyyətli hadisədir. Çünki artıq Şanxay Əməkdaşlıq Təşkilatı və bunun ayrı-ayrı ölkələri də Azərbaycansız bu təşkilatının perspektivini o qədər də güclü görmürlər. Azərbaycan prezidentinin ŞƏT sammitinə dəvət olunması Azərbaycan-Şanxay təşkilatının gələcək perspektivlərinin böyük olmağından xəbər verir. Bu onun ifadəsidir ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr həm Azərbaycanın malik olduğu infrastruktur nəqliyyat və logistika imkanlarına bələddilər, həm də bu imkanların Şanxay təşkilatının inkişafına, genişlənməsinə və potensiallarının tam üzə çıxmasına verəcəyi töhvələri bu başdan görə bilirlər. Ona görə də Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatının əməkdaşlığının böyük gələcəyi var.

 

 

- Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə sammitində Astana Bəyannaməsi qəbul olunub. Bunun əhəmiyyəti nədir?

 

- Astanada qəbul olunan bəyannamənin qəbulu gözlənilən sənəddir. Bu sənəd Şanxay təşkilatının üzvü və tərəfdaşı olan ölkələrin ümumi iradəsini ifadə edir. Təşkilat əsasən iqtisadi, investitsiya, ticarət, əməkdaşlıq bir-birinin mənafelərinin regional və beynəlxalq müstəvidə müdafiə olunması məsələlərinin zərurətini önə çəkir. Bu bəyannamə Şanxay təşkilatının bundan sonrakı fəaliyyətinin yol xəritəsi kimi də qəbul oluna bilər. Təbii ki, bu bəyannaməyə uyğun olaraq dövlətlərin arasında bundan sonrakı dövrdə müəyyən konkret addımların açılacağı da şəksizdir. Həm də Şanxay təşkilatının üzvü olan ayrı-ayrı ölkələrin arasında müəyyən yeni addımlar atılacaq. Mümkündür ki, yeni sazişlər imzalanacaq. Ona görə də bu bəyannamə həm bütünlüklə təşkilatın ümumi inkişafının və irəli doğru hərəkətinin əsaslarını, prinsiplərini müəyyənləşdirir, həm də təşkilatın üzvü, tərəfdaşı olan ölkələrin öz qarşılıqlı münasibətlərini qurmalarına bir növ istiqamət göstərən sənəddir. Və bu sənədin ayrı-ayrı müddəaları əsasında Şanxay təşkilatının üzvü və tərəfdaşı olan ölkələr həm birlikdə, həm də üçlükdə gələcək fəaliyyətlərini müəyyənləşdirəcəklər.

 

- Astanada Azərbaycan və Çin dövlət başçlarının strateji tərıfdaşlıq haqqında imzaladığı bəyannamənin ölkəmiz üçün əhəmiyyəti nədir?

 

- Çin həm Avrasiya regionunun, həm də Şərq Qərb marşrutunun, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı ölkələrindən biri sayılır. Buna görə də belə bir ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq qurması olduqca vacib və əhəmiyyətlidir. Bu bəyannamədə iki ölkənin regional və beynəlxalq məsələlərə, eləcə də ikitərəfli əməkdaşlıq investisiya iqtisadi ticarət əlaqələrinə baxışlarını və ümumi iradələrini ifadə edir. Eyni zamanda bizim üçün çox əhəmiyyətlidir ki, bu bəyannamə Azərbaycanla Çinin strateji tərəfdaşlığının çoxlu sayda istiqamətlər üzrə əsaslarını müəyyənləşdirir. Və o da vacibdir ki, Çin müharibədən sonra və Azərbaycanın gündəmə gətirdiyi sülh təşəbbüsləri əsasında regionda dayanıqlı sabitliyin yaradılmasını açıq şəkildə və birmənalı dəstəklədi. Çinin Azərbaycanın təşəbbüsü olan sülh prosesinə birmənalı dəstəyi fikrimcə bu bəyannamənin incilərindən biri sayıla bilər. Çünki biz xüsusilə də müharibədən sonra Çinin bu bölgədə sülh və təhlükəsizliyin dayanıqlı sabitliyin bərqərar olmasında nə qədər maraqlı olduğunu ilk dəfə bu sənəddə görə bilirik. Çünki Çin müxtəlif geosiyasi risklərin üzündən Avropaya və dünyanın müxtəlif yerlərinə mal ixracında müəyyən çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycandan keçən Orta Dəhlizdə olduqca maraqlı olduğunu gizlətmir. Və Çinin Avropa ilə ən qısa və səmərəli əməkdaşlıq yolu, varianti olan orta dəhlizinin tam potensialı ilə işləməsi üçün bölgəmizdə dayanıqlı sülh olmalıdır. Bu nöqteyi- nəzərdən fikrimcə bu bəyannamənin imzalanmasından sonra Ermənistanla sülh sazişinin bağlanması üçün Çinin Ermənistana yumşaq desək təsirləri artacaq. Ona görə ki, Çinin dediyim kimi bu Orta Dəhlizdə böyük marağı var və bu marağın da gerçəkləşməsi üçün Ermənistan Azərbaycanla sülh sazişini mütləq şəkildə imzalamalıdır. Yəni artıq hesab etmək olar ki, bu bəyannamədən sonra Ermənistanla sülh sazişinin imzalanması daha çox mənada Azərbaycanla Ermənistanın işidirsə, həm də az bir qisim Çinin məsələsidir. Ona görə ki, Çin də artıq bu sazişin imzalanması ilə bölgəyə dayanıqlı sabitliyin gəlməsində maraqlı olmağa başlayır. Bundan başqa bir sıra məsələlərdə, xüsusilə də insan haqlarına münasibətdə dövlətlərin üzləşdiyi ikili standartlarla mübarizədə iki ölkənin imkanlarının və baxışlarını birləşdirilməsi bu bəyannamədə ifadə olunur ki, bu da çox əhəmiyyətlidir. Deyim ki, ilk dəfə olaraq bu bəyannamə insan haqlarına yanaşmanın dövlətlərin xalqların suverenlik prinsipi ilə əlaqələndirilməsi bu bəyannamədə orjinal yanaşmalardan  biridir. Demək olar ki, ilk dəfədir elə bir sənəd ortaya çıxır ki, insan haqlarına münasibət dövlətlərin xalqların suverenlik prinsipinin vacib şərtlərindən biri kimi nəzərdən keçirilir və bu da dünya ölkələrinin insan haqları adı altında bir- birinin daxili işlərinə müdaxiləsi, o cümlədən Azərbaycanın və Çinin daxili işlərinə müdaxiləsi cəhdlərinin qarşısını almaqda çox əhəmiyyətli rol oynaya bilər.

 

- Azərbaycan və Çin dövlət başçısı qurulan yeni strateji əməkdaşlıq çərçivəsində hansı mesajları verdilər?

 

- Qurulan yeni əməkdaşlıq çərçivəsində Çinin və Azərbaycanın dövlət başçılarının təbii ki, dünyaya yönəldici təsirli mesajları var. Mən xüsusilə onu dəyərləndirirəm ki, həm Çinin, həm də Azərbaycanın mesajlarında bu iki ölkənin birgə səylərinin həm regional, həm də qlobal müstəvidə ancaq və ancaq sülhə, əməkdaşlığa ticarətə, inkişafa, investisiyaya və nəqliyyat əlaqələrinin inkişafına yönəldiyi bilmənalı ifadə olunur. Hər fikirdən, hər cümlədən tutmaq mümkündür ki, Çin-Azərbaycan əməkdaşlığı hər hansı bir başda ölkəyə qarşı çevrilmir. Bu əməkdaşlıq bütünlüklə Şanxay Əməkdaşlıq Təşkilatının bir təşkilat olaraq potensiallarının daha üstün geniş miqyasda və güclü şəkildə reallaşmasına yönəlib. İki ölkənin mesajları onların hər ikisinin beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşdığını ifadə edir. Xüsusilə də dövlətlərin ərazi bütövlüyünə birgə baxış dövlətlərin daxili işlərinin toxunulmazlığına birgə baxış, separatizmə qarşı yönəlmiş fikirlərin üst-üstə düşməsi olduqca təqdirəlayiqdir.

 

- Şanxay Əməkdaşlıq Təşkilatı Belarus dövlətini üzvlüyə qəbul etdi. Bu təşkilata üzv olmanın şərtləri nədir və Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı perspektivdə nələr var. Bu baş verərsə dövlətimiz, region üçün hansı gözləntilərdən danışmaq olar?

 

- Belarusun bu təşkilata tam hüquqlu üzvü kimi qəbul olunması təşkilatın inkişafının genişlənməsini göstərən amildir. Bu onu bir daha sübut edir ki, Şanxay Əməkdaşlıq Təşkilatı genişlənməyə, inkişaf etməyə meyilli regional bir platformadır. O cümlədən, bu Zirvə Azərbaycanın da Şanxay Əməkdaşlıq Təşkilatına və bu təşkilata doğru yolunu xeyli dərəcədə genişləndirdi. Əlbəttə indidən söyləmək çətindir ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının həqiqi üzvlüyünə uzvülüyü barədə qərar verəcək, ya vermiyəcək, haralda bu dövlət başçısının səlahiyyətində olan məsələdir. Şəxsən mənim düşüncəmə görə belə potensiallara malik təşkilatının tam hüquqlu üzvü olmaq Azərbaycan üçün pis olmazdı. Ancaq yenə deyirəm ki, bununla bağlı qərar vermək ölkə prezidentinin səlahiyyətlərində olan məsələlərdir. Çünki bütün məsələləri dövlətçilik nöqteyi- nəzərdən tam və dəqiq şəkildə görmək, qiymətləndirmək ancaq onun səlahiyyətləri və imkanları çərçivəsindədir. Ancaq onu deyək ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın yaxınlaşması bu təşkilatın inkişafına çox böyük yeniliklər gətirib. Əlbəttə orda iştirak edən bəzi dövlət rəhbərləri Azərbaycanın bu platformaya tan hüquqlu üzv olmasını istədiklərini bildirdilər, bu yaxşı haldır. Və həm də heç kim Azərbaycan minnət qoymamalıdır ki, Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına qəbul etmək istəyirlər. Çünki Azərbaycan Şanxay Təşkilatına yük olacaq bir ölkə kimi ona daxil olmayacaq. Əksinə, Azərbaycanın özünün malik olduğu infrastruktur imkanları bu təşkilatın gələcək inkişafında böyük rol oynaya bilər. Həm də onu da deyim ki, orta dəhliz, hansı ki, Azərbaycanın dəhlizidir, bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Avropaya və qlobal miqyasa çıxışıdır, demək olar ki, ən geniş və ən səmərəli bir pəncərədir. Bu mənada Şanxay Əməkdaşlıq Təşkilatının özünün də Azərbaycana ehtiyacı var. Bunu açıq demək və danmamaq lazımdır. Eyni zamanda Azərbaycanın dediyim kimi bu təşkilata yaxınlaşmasından sonra təşkilat inkişaf eləyib. 2015-ci ildə Azərbaycan tərəfdaş statusu ilə bu platformaya qəbul olunandan bir il sonra dialoq tərəfdaşına çevrildi. Və yalnız Azərbaycanın addımlarından sonra Şanxay Əməkdaşlıq Təşkilatı genişləndi. O vaxta qədər Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə necə yaranmışdısa, yəni altı dövlətdən ibarət idi. Ancaq Azərbaycan bu təşkilata yaxınlaşandan sonra onu tərkibində müəyyən genişlənmə oldu. O cümlədən İran, Pakistan, Hindistan oranın üzvü oldu və üzvlərin sayı 9-a çatdı. Bu gün də Astanada Belarus artıq təşkilatın tam üzvüliyinə qəbul olundu. Bu, Azərbaycanın bu təşkilata özünün imkanlarını təqdim etmələrindən sonra Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsi yolunda açılmış perspektivlərin dəqiq ifadəsidir. Daha konkret desək, Şanxay Əməkdaşlıq Təşkilatının bu gün genişlənməsi həm də müəyyən qədər Azərbaycanın bu təşkilata təqdim etdiyi imkanların təsirindəndir. Ona görə də Azərbaycanın təşkilata üzv qəbul olunması yolunda mən ciddi maneələr görmürəm. Sadəcə bunun dövlət mənafeərlərinə, dövlətin perspektiv maraqlarına nə dərəcədə həm iqtisadi, həm siyasi, həm təhlükəsiz nöqteyi nəzərindən nə qədər uyğun olub-olmadığı barədə dövlət başçısı qərar verməlidir. Yəqin ki, gələcəkdə bununla bağlı müzakirələr aparılacaq və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı daha konkret mövqeyini ortaya qoyacaq. Bu geniş bir platformadır. Onun Azərbaycana faydası olduğu qədər Azərbaycanın da Şanxay Əməkdaşlıq Təşkilatına qiymətli töhfələri var və olacaq. Azərbaycan o təşkilatının üzvü olub-olmamağından asılı olmayaraq, onsuz da təşkilatın üzvü olan əsas aparıcı ölkələri ilə ikitərəfli müstəvidə demək olar ki, əlaqələrimiz çox yaxşıdır. Və həm bir təşkilat olaraq Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı, həm də o təşkilatın üzvü olan ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığın həm bu günkü səviyyəsi təqdirəlayiqdir, həm də gələcək üçün müəyyən imkanları və perspektivləri var.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI