Üstü çirkli uşağı avtobusdan çıxardı - VİDEO
Avtobusa mindikdən sonra əyləşmək istəyən uşaq üstü və ayaqqabıları çirkli olduğu üçün avtobusdan çıxarılıb. Bu, çoxlarının narazılığına səbəb olub, nəticədə, avtobusda dava düşüb.
“HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin Bursa şəhərində qeydə alınıb.
Məlumata görə, uşağın avtobusdan çıxarılmasına etiraz edən sərnişinlərdə biri sürücü tərəfindən döyülüb.
Baş verənlər hadisə şahidi tərəfindən telefonun kamerasına çəkilib. Kadrlarda sürücünün sərnişinin boğazından yapışaraq boğmaq istəməsi də aydın görünür.
Bununla bağlı olaraq polis artıq istintaqa başlayıb.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."