Bakıda 46 yaşlı qadın itkin düşüb
Versus.Az xəbər verir ki, Sabunçu rayon, Ramanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan, 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.
Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görüblər.
Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."