17 bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb

18:04 31-03-2020 | icon 438 | Hadisə
17 bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb

Ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3 304 müraciətdən 2 980-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb.

 

Versus.Az xəbər verir ki, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"də (2019-cu il üzrə) əksini tapıb.

 

Həmin müraciətlərdən 152-si aidiyyəti üzrə göndərilib, 172 müraciət isə baxılmaqdadır. Onların 140-ı təmin və ya qismən təmin edilib. Bu, ötən illə müqayisədə 71% çoxdur.

 

İnzibati nəzarət qaydasında aparılmış 24 inzibati araşdırmada cinayət əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materialların 17-si üzrə cinayət işi başlanıb, 1 material üzrə cinayət işinin başlanılması rədd edilib, digərlərinə isə baxılmaqdadır.

 

Cinayət işi açılan bələdiyyələr arasında Qusar rayonu Samur, Şamaxı rayonu Ovçulu, İmişli rayonu Yuxarı Qaralar, Xızı, Göyçay rayonu Ərəbcəbirli. Tovuz rayonu Abulbəyli. Ağsu rayonu Xanbulaq, Səbail rayonu Badamdar bələdiyyəsinin vəzifəli şəxslər var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Göygöldə dəhşətli qəza

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü