Mart ayından həbsxanalara giriş-çıxış qadağan olunub
“Həbsxanalara mart ayından etibarən giriş-çıxış qadağan olunub”.
Versus.Az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı deyib ki, xroniki xəstələr həbsxanalardan kənarda müalicə müəssisəsinə aparılır:
“Xroniki xəstələrin tibb müəssisələrində yoluxması aşkar edilən faktlar içərisində öndədir. Məhz belə xəstələr arasında müalicə alanlar arasında yoluxma olur. Qapalı müəssisələrə belə viruslar daşınan zaman yaxın təmasda olanların yoluxması baş verir. Bunun da qarşısının alınması üçün müvafiq qurumlar birgə fəaliyyət göstərir. Birgə tədbirlər görülüb və bu proses məhdudlaşdırılıb”.
Versus.Az
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."