Bakıda özünü yandıran kişi ilə bağlı məlumat var
Baş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Versus.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."