Sərt karantinə görə reydlər aparılır - saxlanılanlar var
14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Versus.az xəbər verir ki, sərt karantin rejimi qüvvəyə mindiyindən evdən çıxmağın qadağan olunduğu ərazilərdə Daxili İşlər Nazirliyinin əməkdaşları reydlər həyata keçirməyə başlayıb.
Artıq sərt karantin rejiminin tələblərini pozduğuna görə saxlanılan da var.
Belə ki, Bakı şəhər Nizami rayon ərazisində sərt karantin rejiminin tələblərini pozaraq evdən çıxan şəxs həmin ərazidə xidmət aparan polis nəfərləri tərəfindən saxlanılıb.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."