Britaniyadan olan Alister Raddon və Denni Maqqs snorkelinqlə məşğul olarkən köpək balığının hücumuna məruz qalıblar.
“The Mirror”un məlumatına görə, britaniyalılar ağır şəkildə yaralanıblar.
Sahildə olan digər turistlər qayıqla onların köməyinə gələrək, yaralıları sudan çıxara biliblər.
22 yaşlı Denni dərin kəsiklər və sinir zədələnməsi ilə canını qurtarsa da, 28 yaşlı Alister ayaqlarını itirib.
Ayaqlarını itirməsinə baxmayaraq, Alister xəstəxanaya gedərkən yol boyu gülüb.
Həkimlərin sözlərinə görə, qardaşlar sadəcə sabaha olan planları pozulduğu üçün təəssüfləndiklərini deyiblər.