Azərbaycanda yaşayış məntəqələri sel sularına qərq oldu - VİDEO

09:15 17-07-2020 | icon 577 | Hadisə
Azərbaycanda yaşayış məntəqələri sel sularına qərq oldu - VİDEO

Qubada leysan yağışları nəticəsində dağ çaylarında əmələ gələn daşqınlar yol infrastrukturuna və şəxsi təsüərrüfatlara ciddi ziyan vurub.

 

Sel, əsasən, Qudyalçay, Qaraçay, Ağçay, Cağacıq çaylarının keçdiyi ərazilərdə daha çox dağıntılarına səbəb olub.

 

Qaraçay Qubanın Birinci və İkinci Nügədi kəndlərini birləşdirən körpü üçün təhlükə yaradıb. Kənd sakinlərinə məxsus bir neçə iribuynuzlu heyvanı da aparıb.

 

Rayonun Xanəgah kəndinə gələn sel isə daha çox yaşayış məntəqəsinə zərər vurub. Selin gətirdiyi ağac parçaları körpünün qarşısını kəsib. Nəticədə, sel kəndin içinə doğru axmağa başlayıb, kəndin yolunu dağıdıb, bağ və bostanlara ciddi ziyan vurub. Xanəgah kəndində də sakinlərin iri və xırdabuynuzlu heyvanları selin qurbanına çevrilib.

 

Bundan başqa, Yerfi, Qayadalı, Buduğ, Söhüb, Qalaxudat və çayların ərazisinə aid olan digər yaşayış məntəqələri zərər görüb.

 

Hazırda sakinlərə dəyən zərər araşdırılır və selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Daha ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Göygöldə dəhşətli qəza

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü