Vyetnam sakini Nquen Txi Din 19 yaşından bəri saçlarını daramayıb.
“Oddity Central” xəbər verir ki, 83 yaşlı qadın 64 ildir ki, saçlarını nə darayır, nə də yuyur.
Ben Tre qəsəbəsinin yaşlı “Rapunzel”inin uşaq yaşlarından güclü başağrıları olub. Həkimlər onun dərdinə əlac edə bilməsələr də, özü saçlarının uzanmasının ona xeyir verdiyini anlayıb.
Din deyir ki, saçlarını yuyanda da başı ağrıdığından, ümumiyyətlə, o zamandan bəri saçına suyun dəyməsinə imkan verməyib.
İndi onun saçlarının uzunluğu altı metrə bərabərdir. O, saçlarını hörür və saçının çox hissəsinin ağarmadığı üçün qürrələndiyini bildirir.
1990-cı ildən buddistlərin ibadədgahında yaşayan qadın gündə cəmi bir dəfə vegeterian yeməyi ilə qidalanır.