Sərxoşluq dərəcəsini mobil telefonlar xəbər verəcək

15:04 20-08-2020 | icon 701 | Maraqlı
Sərxoşluq dərəcəsini mobil telefonlar xəbər verəcək

ABŞ-ın elm adamları insanların avtomobil idarə edə biləcək dərəcədə sərxoş olub-olmadığını mobil telefonlar vasitəsilə xəbər verən sistem hazırlayıblar.

 

Versus.Az xəbər verir ki, bu yenilik Pittsburq universitetinin alimlərinə məxsusdur.

 

Məlumata görə, smartfonları olan şəxslərin spirt istehlakını ölçə biləcək sistem meyar olaraq hərəkət zamanı insanların nə qədər yelləndiklərini nəzərə alacaq. Bunun üçün spirtli içki qəbul etmiş şəxsin 10 addım atması kifayətdir və onun vəziyyəti 90% dəqiqliklə müəyyən olunacaq. 

 

“Hər yerdə bizimlə olacaq çox güclü sensorlarımız var. Ondan ictimai səhiyyə xidməti üçün necə istifadə edə biləcəyimizi öyrənməyimiz lazımdır”, - deyə, tədqiqat qrupunun rəhbəri Brian Suffoletto qeyd edib. 

 

Araşdırma 21-43 yaşlarında olan 22 nəfərin iştirakı ilə aparılıb. İştirakçılar ABŞ və Böyük Britaniyada sürücülük üçün müəyyən edilmiş spirtli içki limiti 100ml qanda 80 mq spirtə çatana qədər hər saat “araq-limon” içib və hər 2 saatdan bir düz xətt üzrə 10 addım atıb, geri qayıdıblar. Nəticədə hər dəfə sensorlar spirt həddini aşanları təxminən 90% dəqiqliklə müəyyənləşdirib. /Report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI