Arvadını beşinci mərtəbədən atan Xalq artistinin nəvəsindən XƏBƏR

10:52 02-09-2020 | icon 560 | Hadisə
Arvadını beşinci mərtəbədən atan Xalq artistinin nəvəsindən XƏBƏR

Bakı Apellyasiya Məhkəməsində arvadını beşinci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayətə baxılıb.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, R.Taxvelinin barəsində eskpertiza təyin edilib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qərar qəbul edilib.

 

Xatırladaq ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

 

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın beşinci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Onu da qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace” konsert-banket kompleksinin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Göygöldə dəhşətli qəza

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü