Bu gün Eldar Həsənovun şikayətinə baxılacaq

11:56 18-09-2020 | icon 984 | Hadisə
Bu gün Eldar Həsənovun şikayətinə baxılacaq

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayəti verib.

 

Versus.az xəbər verir ki, Trend-in məlumatına görə, şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun icraatına verilib. Şikayətə bu gün baxılacaq.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılsa da, məkəmə vəsatəti təmin etməyib.

 

E. Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Göygöldə dəhşətli qəza

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü