Mənzildən kişi meyiti tapıldı
Gəncədə mənzildən kişi meyiti tapılıb.
FHN-dən verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Aslanov Saləddin Ələddin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."