Füzulidə ağır qəza


Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 24-də saat 21 radələrində rayonun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi “QAZel” və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti

Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO
Ruhin, Şuşanın azadlıq bayrağını qaldıranlardan birinə çevrildi