Diskotekada qızları döydü, üç il həbs cəzası aldı
Mahaçqala sakini rəqs meydançasında qızları döydüyü üçün üç il müddətinə azadlıqdan məhrum edilib.
“Vesti” xəbər verir ki, hadisə 2020-ci ilin iyulun 18-də Astraxan vilayətində baş verib.
Dağıstanlı gənc rəqs meydançasındakı xanımlardan birinə onunla birlikdə rəqs etməyi təklif etsə də, rədd cavabı alıb. 25 yaşlı xanım ona əl-qol atan inadkar oğlanı itələyib, əvəzində isə üzündən möhkəm zərbə alıb və huşunu itirərək yerə yıxılıb.
Onu müdafiə etməyə çalışan rəfiqəsi də dağıstanlının zərbəsinə tuş gəlib.
Polisə daxil olan şikayət əsasında xanımları vuran şəxs saxlanılıb. Onun əvvəllər də məhkum olunduğu müəyyənləşdirilib. Məhkəmənin qərarı ilə dağıstanlı üç il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."