Buynuzlarının arası tor bağlayan antilop safari turistləri şoka salıb.
“Daily Mail”in məlumatına görə, bununla bağlı kadrlar Botsvanada Kalaxari Mərkəzi qoruğunda qeydə alınıb.
Antilopu ilk olaraq 39 yaşlı britaniyalı turist Cess İsden uzaqdan görüb. O, əvvəlcə heyvanın buynuzlarına zibil, yaxud plastik ilişdiyini düşünüb və bu barədə yoldaşlarını xəbərdar edib. Bundan narahat olan digər turistlər heyvanı “tələdən” qurtarmaq istəyiblər. Lakin ona yaxın gəldikdə buynuzdakının əslində qalın hörümçək toru olduğunu anlayıblar.
“Heyvanın buynuzdakının tor olduğunu gördükdə heyrətə düşdük. Aramızda Botsvanada 30 il yaşayan biri var. O, belə indiyə qədər bu cür hadisə ilə rastlaşmadığını etiraf etdi”, - deyə qadın vurğulayıb.