Bu müalicə sxeminə fizioterapiya da daxildir

08:58 27-04-2021 | icon 2059 | Sağlamlıq
Bu müalicə sxeminə fizioterapiya da daxildir

Nərminə Abbasova: “Heç bir ağrıkəsici vasitə, yaxud qulaq damcıları bu ağrını azalda bilmir”

 

Versus.Az oxucuların xahişini nəzərə alaraq, bu dəfə qulaq ağrısı mövzusuna müraciət edib. Ailə həkimimiz, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA xəstəlik barədə ətraflı məlumat verib.

 

Nərminə Abbasova ilə söhbət zamanı öyrəndik ki, qulaq ağrısı (otalgiya) - otit və yevstaxit zamanı, həmçinin qulaq keçəcəyinə yad cisim düşdükdə yaranır. Bundan əlavə bu əlamətə qulağın, gicgah sümüyünün travmalarında, nevroloji xəstəliklərdə, xoş və bədxassəli şişlərdə rast gəlinir. Həmsöhbətimizin sözlərinə görə, ağrı sindromunun diaqnostikası otoskopiya, audiometriya, kəllənin rentgenoqrafiyası və kompüter tomoqrafiyasının köməyilə aparılır:

 

 

 

“Qulaqdan götürülən möhtəviyyatın müayinəsi, qan analizi ağrının mənşəyini təyin etməyə imkan verir. Qulaq ağrısını aradan qaldırmaq üçün yerli preparatlardan (qulaq damcıları) və ümumi təsirli analgetiklərdən istifadə olunur. Müalicə sxeminə fizioterapiya da daxildir. Ehtiyac yarandıqda cərrahi əməliyyat icra olunur”.

 

Həkim-terapevt bildirdi ki, qulaq ağrısının müxtəlif səbəbləri var. Bunlardan qulağın iltihabı - uşaqlarda və böyüklərdə qulaq ağrısının ən geniş yayılmış səbəbidir. Zədələnmənin lokalizasiya və dərəcəsindən asılı olaraq, kəskin, küt, pulsasiyaedici ağrılar ayırd edilir. Nərminə xanım vurğuladı ki, adətən diskomfort hissi birtərəfli olur. Bəzi hallarda isə iltihab iki tərəfdə əmələ gəlir. Eyni zamanda xəstələrdə əlavə olaraq baş ağrısı, qızdırma, əzginlik müşahidə edilir.

 

 

 

Maraqlıdır, bəs otalgiya hansı iltihabi proseslərin əlaməti kimi meydana çıxa bilər? Nərminə xanımın sözlərinə görə, bir çoxları qulaqda pulsasiyaedici, kəskin ağrılardan şikayətlənirlər:

 

“Ağrı həmçinin aşağı çənəyə və boyun nahiyəsinə yayılır. Danışdıqda, udqunduqda və qidanı çeynədikdə diskomfort daha da artır. Xarici otit üçün qulaq seyvanının dərisinin və qulaq keçəcəyinin görünən hissəsinin qızarması xarakterikdir. Eşitmə qabiliyyəti bir qayda olaraq, pozulmur.  

Orta otitdə xəstəlik qulaqda qəfil yaranan, pulsasiyaedici və tədricən artan ağrı ilə təzahür edir. Diskomfort 3 günə qədər davam edir, sonra irin xarici qulağa keçir və ağrı kütləşir. Bəzən əlamətlər o qədər güclü olur ki, analgetiklərin təsirinə tabe olmur, insanın iş fəaliyyətini və yuxusunu pozur.

Daxili otitdə isə patologiya qulaq və gicgah nahiyəsində mülayim ağrı ilə səciyyələnir. Labirintit üçün başgicəllənmə, ürəkbulanma patoqnomikdir. Bu əlamətlər pasiyentləri qulaq ağrısından çox narahat edir. Əksər hallarda eşitmə qabiliyyəti zəifləyir. Otalgiyanın səbəbləri arasında üzgüçü qulağı sindromu xüsusi yer tutur. Bu patologiyanın əsas əlaməti qulaq ağrısıdır. Qulaq seyvanını dartdıqda və yaxud zədələnmiş hissənin üzərindən basdıqda ağrı daha da güclənir. Xəstələr xarici qulaq keçəcəyində ağrıdan, eşitmənin pisləşməsindən şikayətlənirlər.

Onu da deyim ki, eşitmə borusunun iltihabı zədələnmiş tərəfdə küt ağrı və diskomfort ilə gedir. Pasiyentlər bu əlamətləri qulaqda maye axını və tutulma kimi izah edirlər. Güclü otalgiya atmosfer təzyiqinin qəfil dəyişməsi nəticəsində yaranan yevstaxiit zamanı müşahidə olunur. Xəstəliyin spesifik əlaməti autofoniya, yəni qulaqda insanın öz səsinin rezonansı sayılır”.

 

 

Nərminə xanım deyir ki, qulaq keçəcəyinə iri əşyalar düşdükdə daimi xarakterli, şiddətli ağrılar əmələ gəlir. Heç bir ağrıkəsici vasitələr və yaxud qulaq damcıları ağrını azalda bilmir. Yad cismin kənarları iti olduqda isə otalgiya ilə yanaşı qulaqdan qanaxma və yaxud təbil pərdəsinin zədələnməsi səbəbindən kəskin ağrı baş verir:

 

“Sadaladığım əlamətlərdən savayı eşitmə birtərəfli zəifləyir, qulaq tutulur. Bəzən başgicəllənmə və baş ağrıları meydana çıxır. Yad əşya qulaqda uzun müddət qaldıqda ilthabi proses başlanır. Nəticədə otalgiya daha da güclənir. Qulaq keçəcəyindən selikli-irinli maye axır. Qulaq seyvanı zədələndikdə həmin tərəfdə şiddətli ağrı yaranır. Zamanla ağrı kütləşir və ya pulsasiya edir. Travma qulaq keçəcəyini əhatə etdikdə otalgiya ilə yanaşı, qanaxma və konduktiv tip eşitmə zəifliyi müşahidə olunur. Təbil pərdəsinin zədələnməsi tədricən zəifləyən güclü ağrı sindromu, qulaq tutulması və eşitmə zəifliyi ilə xarakterizə olunur.   

Orta və daxili qulağın travmalarına əsasən kəllə-beyin zədələnmələrinin tərkibində rast gəlinir. Pasiyentləri nəinki qulaqda, həm də gichag və məməciyəbənzər çıxıntı nahiyəsində şiddətli ağrılar narahat edir. Ağır formalı travmalar dəqiq lokalizasiya olmayan güclü baş ağrıları ilə müşayiət edilir. Xəstələrdə qulaqdan qanaxma baş verir, eşitmə qabiliyyəti kəskin azalır və ya tamamən itir”.

 

Qulaq şişlərindən də bəhs edən həkim-terapevt bildirdi ki, xoşxassəli şişlər yalnız iri ölçülərə çatdıqda və ətraf toxumaları sıxdıqda qulaq ağrısı əmələ gəlir. Onun sözlərinə görə, şiş təbil pərdəsinə yaxın yerləşdikdə xəstələri qulaqda küy, eşitmə zəifliyi narahat edir. Beləki bədxassəli törəmələr üçün yandırıcı ağrılar patoqnomikdir. Başlanğıcda ağrı periodik olsa da, şiş böyüdükcə sürətli şəkildə artır.

 

Həkim deyir ki, parotit zamanı ağrılar qulaq ətrafında, zədələnmiş tüpürcək vəzilərinin proyeksiyasında lokalizasiyalaşır:

 

“Adətən ağrı qulağa yayılır. İnfeksiya klinik şəklinə görə orta otit və yaxud yevstaxiiti xatırlada bilər. Danışıq və çeynəmə zamanı otalgiya güclənir. Zədələnmiş hissədə dəri dartılır və parıldayır. Gecə saatlarında ağrı intensivləşir.

Qeyd edim ki, qulaq ağrısında nevroloji xəstəliklər də göz ardına alınmalı deyil. Qulaq düyününün nevralgiyası qulaq və ona yaxın sahədə birtərəfli, yandırıcı və yaxud pulsasiyaedici ağrılarla təzahür edir. Ağrı ənsə, boyun, çənə-gicgah oynağına yayılır. Otalgiya tutmaları bir neçə dəqiqədən 1 saata qədər sürür, sonra isə bütün əlamətlər itir. Paroksizmlərə havanın temperatur və nəmliyinin, eləcə də atmosfer təzyiqinin dəyişməsi səbəb olur. Dil-udlaq sinirinin nevralgiyasında ağrı əsasən dilin kökündə olur. Çox vaxt qulağa irradiasiya edir. Ağrı tutması öskürək, çeynəmə, həddindən artıq isti və yaxud soyuq qida qəbulu ilə əlaqəli olur. Həmçinin qulaq ağrısı herpes infeksiyası ilə əlaqədar dizəbənzər düyünün qanqlionitində formalaşır. Eyni zamanda, qulaqda küt ağrılar koxlear nevritin əlaməti sayıla bilər”.

 

Nərminə xanım məsləhət gördü ki, travma zamanı qulaq dərmanların özbaşına istifadəsi qəti qadağandır. Onun sözlərinə görə, qulağı zədələyən patoloji prosesə çox qısa zamanda baş, beyin və kəllə sümükləri cəlb olunduğundan, ev şəraitində özünü müalicə yolverilməzdir:

 

“Otalgiyalı xəstələrə yalnız LOR-həkim yardım etməlidir. Müalicə yerli və yaxud ümumi təsirli vasitələrlə, bəzən isə onları kombinasiya etməklə aparılır. Otit zamanı antibakterial, iltihab və allergiya əleyhinə təsirə malik qulaq damcıları təyin edilir. Təbil boşluğundan eksudatın axınını asanlaşdırmaq üçün buruna damardaraldıcı vasitələr tökülür. Ağrını azaltmaq məqsədilə ilk günlərdə (təbil pərdəsi deşilənə qədər) qulağa isidilmiş 96%-li spirt damcıladılır.

Otolarinqologiyada fizioterapiya üsulları da effektiv sayılır. İltihabi prosesi dayandırmaq və yerli immuniteti stimulyasiya etmək üçün mikrodalgalı terapiya, lazer terapiyası, UYT aparılır. Sağalma dövründə eşitmə pozğunluqlarının profilaktikasında təbil pərdəsinin pnevmomasajı əhəmiyyətlidir. Qulaq düyününün nevralgiyasında refleksoterapiya, amplipulsterapiya paroksizmləri aradan qaldırmağa kömək edir”.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova qulaq ağrılarından əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...