Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmamasının SƏBƏBİ

16:03 28-02-2022 | icon 626 | Dünya
Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmamasının SƏBƏBİ

"Həddindən artıq emosiya Gürcüstanın milli maraqlarına zərər verəcək"

 

“Gürcüstan Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb, çünki bu, ölkənin turizminə, şərabçılarına, ixracatçılarına və fermerlərinə zərər verər”.

 

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.

 

“Müxalifət məndən nə tələb edir? Xalqıma qarşı sanksiya tətbiq edim? Bəs bundan kim itirəcək? Əhalimiz, iqtisadiyyatımız, maliyyə əməliyyatlarını həyata keçirə bilməyəcək bir milyondan çox soydaşımız”, - deyə o, bildirib.

 

Hökumət başçısı əlavə edib ki, həddindən artıq emosiya Gürcüstanın milli maraqlarına zərər verməkdən başqa heç nə verməyəcək.

 

Xatırladaq ki, Qaribaşvili ölkəsinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə-iqtisadi sanksiyalara qoşulmayacağını bəyan etmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Paralimpiyaçımız FİNALDA

Növbəti köç karvanı Şuşaya çatıb

Ətin qiyməti QALXDI

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT

Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Marsın suyu niyə quruyur?

Nəbi Xəzrinin 100 illiyi qeyd ediləcək

Güclü külək XƏBƏRDARLIĞI

Avtomobillərini bu yerdə qanunsuz park edənlər CƏRİMƏLƏNƏCƏKLƏR

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir