"Bu faktların ABŞ Dödvlət Departamentinin saytında olması onu deyir ki..."

10:57 15-04-2022 | icon 557 | Siyasət
"Bu faktların ABŞ Dödvlət Departamentinin saytında olması onu deyir ki..."

Çingiz Qənizadə: “Qarabağ savaşı ABŞ-ı da reallıqla barışmağa məcbur edir”

 

ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatın Ermənistan hissəsində 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncə və əyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair yaydığı məlumatlara dair açıqlamasında bildirib. 

 

Bundan başqa qeyd olunub ki, Azərbaycan Baş Prokurorluğunun Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb.

 

Həmçinin vurğulanıb ki, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb.

 

2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib.

 

Belə bir faktın ABŞ Dövlət Departamentinin saytında yer alması nəyi ifadə edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hüquqşünas Çingiz Əlizadə bildirib ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında Azərbaycanla bağlı belə faktların işıqlandırılması maraqlıdır. 

 

“Birincisi ona görə ki, ABŞ Dövlət Departamenti uzun illərdir ki, insan hüquqlarına dair hesabatlar yayır və həmişə də əsası olmayan, şaiyələr əsasında formalaşmış müəyyən fikirləri, ittihamları orada qeyd eliyir, Azərbaycanla bağlı mənfi rəyin formalaşmasına nail olmağa çalışırlar.  Amma ikinci Qarabağ savaşı bir çox  dövlətləri, o cümlədən ABŞ-ı da reallıqla barışmağa məcbur edir”.

 

Ç.Qənizadənin fikrincə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərində təşəbbüsü öz əlinə alması və sülhə xidmət edən addımlar atması təbii ki, ABŞ-la da razılaşdırılır.

 

“Nə qədər Avropa İttifaqından söz getsə də, Amerikanın Avropaya təsirini danmaq qeyri-mümkündür. Bu baxımdan əsirlərə və mülki şəxslərə qarşı törədilmiş işgəncələr, qətl hadisələri, kütləvi məzarlıqların tapılması, eyni zamanda bu bölgələrdə  azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı faktlarının ABŞ Ddvlət Departamentinin saytında olması artıq onu deyir ki, bu cür dövlətlər və indiyə qədər ATƏT-in Minsk Qrupu həmsədrləri, digər Ermənistana dəstək verən qüvvələr artıq Ermənistanın yalanlarına inanmır və həqiqəti dərk etməyə və bunu öz saytlarında , bəyanatlarında qeyd etməyə razılaşıblar”.

 

Ç.Qənizadə hesab edir ki, bunu bizim diplomatiyanın uğuru kimi qiymətləndirmək olar:

 

“Ermənistanda hökumətin parlament qarşısında hesabatı zamanı Paşinyan belə bir ifadə işlətdi ki, “artıq "arsax"la bağlı bizə deyirlər ki,  biz sizə kömək edə biməyəcəyik. Ona görə yox ki, biz sizə kömək etmək istəmirik, ona görə ki, biz artıq biz sizə kömək eliyə bilmirik”.  Bu ifadənin Paşinyanın dilindən səslənməsi  və indi də ABŞ Dövlət Departamentinin saytında erməniləri ittiham edən faktların sadalanması onu göstərir ki,  artıq qərb Ermənistanın yalanlarına inanmır, bölgədəki reallıqları dərk edir, bölgədə sülhə xidmət edən Azərbaycanın mövqeyini dəstəkləyir”. /hafta.az/

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada