“Ermənilərin yalanı, gerçək nüfuzlarından daha çoxdur”
Fransada keçirilən Prezident seçkisi ilə bağlı namizədlərin seçki kampaniyası, ölkədə cərəyan edən müəyyən mübahisəli məsələləri ortaya çıxarıb. Belə təhlillər aparılır ki, prezident seçkiləri ilə bağlı namizədlərin seçki kampaniyası Fransada bir çox sosial problemləri ortaya çıxarmaqla yanaşı, həm də erməni lobbisinin nüfuzunun ciddi şəkildə azaldığı biruzə çıxdı. Çünki Ermənistanın dəstək verdiyi, İrəvana və hətta, qanunsuz yollarla, Xankəndinə gətirdiyi namizədlər Pekress və İdalqo cüzi səs topladılar. Bu, faktlar erməni lobbisinin gücü haqqında deyilənlərlə bağlı əslində hansı gerçəkliyi ortaya qoyur?
Politoloq Əli Mustafa Versus.az-a bildirib ki, Fransada prezident seçkiləri prosesinin gedişi onu göstərdi ki, hakimiyyətdə olan Makron və sağçı partiyanın namizədi Lepen cəmiyyətdə daha çox səs almaq imkanındadırlar. Onun fikrincə, ayrı-ayrılıqda götürəndə heç bunların da səsi kifayət qədər deyil.
“Bu namizədlərin heç biri lazım olan qədər səs yığa bilmədi. Bu namizədlər ötən seçkilərdə də rəqib idilər və Makronun yığdığı səs daha çox idi, nəinki bu dəfə. Bu seçki kampaniyasında onların arasında səs fərqi azdır. Erməni diasporasının zəifliyi məsələsinə gəlincə, onu söyləməliyik ki, burda ermənilərin yalanı, gerçək nüfuzlarından daha çoxdur. Amma onlar bu lobbi fəaliyyətini öyrəniblər və yəqin ki, öz aralarında razılaşıblar”.
Ə.Mustafa hesab edir ki, əslində mövcud Makron hakimiyyəti Fransada cəmiyyəti qane eləmir. Onun fikrincə, mövcud ciddi fiqurların olmaması Fransa ictimaiyyətinin bir lider krizini yaşıyır. Məhz bu baxımdan millətçi Lepen daha “cazibədar” görsənir.
“Amma başqa bir gerçəklik də var ki, Avropa bütövlükdə dünya millətçilərinin hakimiyyətə gəlməsini istəmir. Görünür bu da onun qələbəsini mümkünsüz edir. Milli məsələlər bütün dünyada aktuallıq kəsb edir. Yəni kürəsəl güclərin qurduğu düzən bir çox hallarda hətta Avropanın ortasında belə xalqları məmnun etmir. Amma sadəcə olaraq milli platformda olan şəxslərin də cəmiyyətin əksər hissələri əhatə etməyi ilə bağlı çətinliyi var. Heç şübhəsiz ki, bütün bu proseslərdə erməni lobbisinin təsir gücünün azalması halları da mövcuddur”.
Ləman
Versus.az
Xəbər lenti
Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI
"Ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib"