Ermənistan sərhəd təxribatı -- Bayramov-Mirzoyan nəyi müzakirə etdi?

18:57 25-04-2022 | icon 544 | Geopolitika
Ermənistan sərhəd təxribatı -- Bayramov-Mirzoyan nəyi müzakirə etdi?

 

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

 

Versus.az xəbər verir ki, bu barədə şərh verən politoloq Turan Rzayev xarici işlər nazirləri arasında baş tutan görüşün əhəmiyyətini birmənalı qarşılamayıb. Onun sözlərinə görə, Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında baş tutan telefon danışığından belə bir nəticəyə gəlmək olar ki, iki ölkə arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılması istiqamətində işlər davam edir.

 

Politoloq hesab edir ki, ümumən Ermənistan hazırda bu məsələdən yayınmaq istəsə də mümkün deyil.

“Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası SSRİ dövrü xəritələri əsasında aparılacaq. Həmin xəritələr də hazırda Rusiyadadır. Prosesin bu xəritələr əsasında həll edilməsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də maraqlıdır. Təsadüfi deyil ki, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatında istinad edilir”.

 

T.Rzayev bildirib ki, sərhədlərin delimitasiyasının SSRİ-dən qalan xəritələr əsasında aparılması ümumilikdə Ermənistanın maraqlarına uyğun deyil. Çünki həmin xəritələrdə anklavlar, eksklavlar Qazaxın 7 kəndi kimi məsələlərdə öz əksini tapır. Lakin Ermənistanın seçim haqqı da yoxdur. Prosesin həlli istiqamətində ən konstruktiv yanaşma budur.

 

“Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında baş tutan telefon danışığı Ermənistanın prosesdə iştirakından xəbər versə də Aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdi diqqət çəkir.

 

İlk öncə onu deyim ki, bu kimi təxribatların olacağı bəlli idi. Söhbət təkcə Paşinyan administrasiyasının prosesin seyrindən narazı olmasında deyil, daxildəki müxalifətin prosesə radikal mövqe sərgiləməsindən gedir. Paşinyan indiki məqamda istəməsə də Azərbaycanla mövcud reallıqlar əsasında danışıqlara getməyə məcburdur. Bunu ondan ilk növbədə Brüssel tələb edir. Qərb prosesin özünün moderatorluğunda bitməsini istəyir. Bu isə Kremlin maraqlarına uyğun deyil. Rusiya onsuz da Brüsselin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə dair proseslərdə aktiv iştirakından narazıdır. Bununla belə tərəfləri narazı salmamaq üçün bu narazılığını pərdələyir”. 

 

Politoloq bildirib ki, Rusiya indiki məqamda Ermənistan müxalifəti üzərindən həm Paşinyana təziq edir, həm də sərhəddə təxribatların törədilməsinə şərait yaradır. Səbəb isə aydındır.

 

«Kreml bununla Brüsseli prosesdən kənarlaşdıraraq moderatorluğu öz əlinə almaq istəyir. Bunu Aprelin 23-dəki təxribatda təsdiqləyir. Aydın məsələdir ki, hazırda Ermənistan ordusu daxilində Qarabağ klanına, əslində isə Kremlə sadiq qüvvələr var. Mümkündür ki, elə təxribatı həmin qüvvələr həyata keçirib.

 

Ermənistan ən qısa zamanda ordu daxilində təmizləmə işləri aparmalıdır. Çünki bu kimi təxribatların yaxın günlərdə təkrarlanma ehtimalı yüksəkdir. Prosesin hansı qüvvənin nəzarətində həyata keçirilməsindən asılı olmayaraq Ermənistan məsuliyyət daşıyır. Rəsmi Bakı isə bu kimi təxribatlara uzun müddət səssiz qalmayacaq”.(hafta.az)

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada