ABŞ ermənipərəst mövqeyindən imtina edəcəkmi?

13:00 28-04-2022 | icon 489 | Siyasət
ABŞ ermənipərəst mövqeyindən imtina edəcəkmi?

 "Möhtəşəm qələbəmizdən sonra ABŞ belə bir təklifi səsləndirməyə cəsarət edir"

 

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferin regiona baş tutan səfəri Azərbaycana yaxşı heç nə vəd etmir və ciddi narahatlıq doğurur. Bu da ilk növbədə Bayden administrasiyasının tutduğu qeyri-konstruktiv və açıq ermənipərəst mövqe ilə əlaqədardır.

 

Bunu Versus.az-a Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov məlum səfərin səbəblərini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, bu fəallığın əsas məqsədinin zəiflədiyi güman edilən Rusiyanı regiondan tədricən sıxışdırıb çıxarmaq olduğu şübhə doğurmur:

 

“Əgər ABŞ Azərbaycana və Ermənistana münasibətdə ədalətli mövqe tutsaydı, təbii ki, biz buna sevinərdik və bu planların baş tutması üçün əlimizdən gələn yardımı göstərərdik. Ancaq təəssüf ki, dünyanın supergücü qətiyyən ədalətli davranmır və Azərbaycana, bütövlükdə türk dünyasına qarşı hər birimizdə hiddət doğuran addımlar atmaqda davam edir”.

 

A.Səmədov narahatlıq doğuran bir neçə məsələyə diqqət çəkib. O, birinci məqam kimi, ABŞ-ın Türkiyəni regiona və Azərbaycan-Ermənistan münaqişəsinə yaxına buraxmaq istəməməsini və onu hər vasitə ilə uzaqlaşdırmaq cəhdlərini qeyd edib:

 

"Hələ ikinci Qarabağ müharibəsinin son günlərində ABŞ prezidentinin köməkçisi Robert Ol Brayen bəyan etmişdi ki, “Türkiyənin sülhyaratma və vasitəçilik prosesində iştirakı barədə verilən “uğursuz təkliflər” ABŞ və Ermənistan üçün qəbuledilməzdir. Eyni mövqeyi 17 noyabr 2020-ci il tarixdə Parisdə fransalı həmkarı ilə görüşdən sonra dövlət katibi Pompeo da sərgiləmişdi və bəyan etmişdi ki, Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa danışıqlarda Rusiya və Türkiyənin yeganə vasitəçi olmasına imkan verməyəcəklər.

İkinci narahatlıq doğuran məqam ABŞ-ın dəfələrlə Qarabağ münaqişəsinin həll olunmadığını bəyan etməsi və Qarabağa yüksək status verilməsini tələb etməsidir. 2021-ci ilin fevralında Müdafiə Nazirliyinin tabeliyindəki qurumlardan birində keçirilən müzakirələrdədən sonra “Azərbaycan üçün Deyton sazişi” təklifinin verilməsi ciddi narahatlıq doğurmaya bilməz. Çünki,  bu təklifə bənzəyən və 1998-ci ilin noyabrında təqdim olunan “Ümumi dövlət” variantı məğlub durumda olan Azərbaycan rəhbərliyi tərəfindən qətiyyətlə rədd edilmişdi. İndi 44 günlük müharibədə qazanılan möhtəşəm qələbədən sonra ABŞ müzakirəsi belə mümkün olmayan belə bir təklifi səsləndirməyə cəsarət edir. Ermənistan Baş nazirinə edilən- “plankanı bir az endirmək”-məsləhətinin kökündə də bu münasibət durur. Təklif olunur ki, ermənilər “Qarabağın müstəqilliyi” fikrindən imtina etsinlər və guya Azərbaycanın ərazi bütövlüyünü və ermənilərin təhlükəsizliyini təmin edən bu cür variantlarda israr etsinlər”.

 

A.Səmədov  mövcud vəziyyətdə “Amerika Birləşmiş Ştatları Güney Qafqazda sülhün, əmin-amanlığın olmasında maraqlıdırmı” sualını ortaya qoyub:

 

"Maraqlı olsa da, bunu Azərbaycanın ədalətli mövqeyini, maraqlarını gözardı etməklə, ermənilərin beynəlxalq hüquqa zidd olan istəklərini əsas götürməklə reallaşdırmaq istəyir. Biz isə qətiyyən  bununla razılaşa, buna imkan verə bilmərik".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada