“Heydər Əliyevin dövlətçilik dərsləri”

13:18 10-05-2022 | icon 413 | Siyasət
“Heydər Əliyevin dövlətçilik dərsləri”

Abutalıb Səmədov: “O, Azərbaycanın dünya siyasətinə bəxş etdiyi nəhəng şəxsiyyətdir"

 

“Ulu öndər Heydər Əliyev- Azərbaycanın dünya siyasətinə bəxş etdiyi nəhəng şəxsiyyətdir. O, böyük dövlət rəhbərləri ilə zəngin olan tariximizin ən böyük dövlət xadimi, müstəqil dövlətimizin  xilaskarı və qurucusudur. Öz müdrikliyi və təşkilatçılıq bacarığı hesabına dünyanın ən böyük imperiyasının rəhbərlərindən biri olmağı bacarmış dahi həmvətənimizdir...”

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov ulu öndər Heydər Əliyevin 99 cu ildönümündə ulu öndərin keçdiyi tarixi yola nəzər salarkən bildirb. 

 

 

A.Səmədov ulu öndərdən əvvəl imperiya paytaxtına başqa bir dəyərli həmvətənimizin-Müsavat Partiyasının rəhbəri Məmməd Əmin Rəsulzadənin dəvət olunduğunu deyib:

 

“İlk demokratik respublikamızın süqutundan sonra həbs olunan və İosif Stalin tərəfindən  Moskvaya aparılan M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığında onun miqyasına qətiyyən uyğun gəlməyən çox kiçik bir vəzifəyə-mətbuat müvəkkili vəzifəsinə təyin edilmişdi.

 

Bu təyinatdan 62 il sonra, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdu.

 

 1987-ci il oktyabrında tutduğu vəzifələrdən istefa vermiş və yanlış xətt götürən SSRİ rəhbərliyinə dərs mahiyyətində xəbərdarlıq etmişdi. Ulu öndər “məni hesabdan silməyə çox tələsirsiniz!” deyərək, . Anlatmağa çalışmışdı ki, bu cəhdlər mənasızdır, xalqının sevgisini qazanan və onun çağırışı ilə özünü hər təhlükəyə atmağa hazır olan  böyük dövlət adamlarını heç bir qüvvə sıradan çıxara bilməz.

 

İstefadan sonra ilk çağırış 1990-cı ilin yanvarında oldu. Heydər Əliyev sovet qoşunlarının Bakıda törətdiyi vəhşilikdən, gizlənən hərəkat liderlərinin qorxaqlığından dəhşətə gələn,ümidsizləşən xalqının səssiz harayına səs verərək Moskvada, Azərbaycan Nümayəndəliyində Kreml rəhbərliyinə üsyan etdi. Özlərini təhlükəsiz məqamlarda qəhrəman sayan “liderlərə” başa salmağa çalışdı ki, siyasətçinin dəyəri, miqyası təhlükə anında üzə çıxır. Özünü “dövlət xadimi” sayan kəs xalqının çətin anlarında gizlənməməli və təhlükənin üstünə getməyi, ölümün gözünün içinə dik baxmağı bacarmalıdır.

 

Moskvadakı Azərbaycan Nümayəndəliyində üsyan etdikdən sonra bütün təzyiqlərə, təhlükələrə baxmayaraq Vətənə qayıtdı. Bu onun ikinci cəhdi idi. Birinci cəhd uğursuz olmuşdu. Onu Bakıda qarşılamalı olan Əjdər Xanbabayev vəhşicəsinə qətlə yetirilmişdi və son anda qayıdış təxirə salınmışdı.

 

Bakıda yaşamasına imkan verilmədiyinə görə blokada şəraitində yaşayan, istilik və ərzaq çatışmazlığı ilə üzləşmiş Naxçıvana getmək məcburiyyətində qaldı. Doğulduğu torpaqda xalq ondan Muxtar respublikada rəhbərliyə gəlməyi xahiş etdi və o bu çağırışa da “yox”-deyə bilmədi, miqyasına qətiyyən uyğun olmayan bir vəzifəni tutmağa razılıq verdi.

 

Xalqının növbəti çağırışını cəmi bir il hakimiyyətdə olan və qısa müddətdə ölkəni  vətəndaş müharibəsi həddinə gətirmək “bacarığı” göstərən “AXC komandası” dilə gətirdi.

 

Uğursuz “Gəncə əməliyyatı”ndan sonra başını itirən və nə edəcəyini bilməyən prezident Ə.Elçibəy və yaxın ətrafı Naxçıvana dalbadal zənglər edərək arxasınca göndərilən “prezident təyyarəsi” ilə Bakıya gəlməsini və ölkəni vəziyyətdən çıxarmasını  xahiş edirdilər. İlk günlər paytaxta gəlməkdən qəti şəkildə imtina edən Heydər Əliyev qiyamçıların ətraf rayonları tutmalarını, Lənkəranda və Rusiya sərhəddində separatçıların fəallaşdığını, ölkənin dağılmaq həddinə gəldiyini görüb qərarını verdi: “Hazırlaşın, Bakıya yola çıxıram!”.

 

Bakıya gəldikdən və vəziyyətin nə qədər dəhşətli olduğunu gördükdən sonra qiyamçıların yanına getmək və onlarla danışmaq qərarına gəldi. “Ondan gəldiyi kimi geriyə-Naxçıvana qayıtmağı”tələb edən qiyamçıların təhdidlərinə, real ölüm təhlükəsinin mövcudluğuna baxmayaraq Gəncəyə yola düşdü.

 

Qayıtdıqdan sonra parlamentin sədri seçilməyə razılıq verdi və “bizə hansı qarantiyanı verə bilərsiniz?”- deyən hakimiyyət komandasının üzvlərinə: “heç bir qarantiya vermirəm, mən peyğəmbər deyiləm!”-cavabını verdi.

 

Ölkəni dərin böhrandan çıxarmağa başlayan kimi prezident Ə.Elçibəy qəfildən gecəyarı, heç kimə, hətta yaxın silahdaşlarına belə demədən Bakını tərk edərək, qeyri-müəyyən istiqamətdə getdi və yalnız səhər saatlarında onun Naxçıvanın Kələki kəndində olduğu müəyyənləşdi. Bütün xahişlərə baxmayaraq geri qayıtmaqdan imtina edən Ə.Elçibəy təhlükəsizliyi tam təmin olunana qədər ölkəni bu ucqar kənddən idarə edəcəyini bəyan etdi. Bu gedişdən sonra böhran daha da dərinləşdi, S.Hüseynovun silahdaşı Ə.Hümbətov “Talış-Muğan respublikası” yaradacağını elan etdi. Şimalda “Sadval”çılar fəallaşdılar və məqamdan yararlanmaq üçün yollar axtarmağa başladılar. Digər tərəfdən erməni hücumları şiddətləndi, Qarabağ və sərhəd rayonları üçün təhlükə xeyli artdı.

 

Bu təhlükələrlə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalan ulu öndər əvvəlcə qiyamçını əsas gücündən-Gəncədəki hərbi qüvvələrindən ayırmaq üçün onu Bakıya gətirdi və Baş nazir vəzifəsinə təyin etdi.

 

Növbəti addım cənub bölgəsində hakimiyyəti ələ alan Ə.Hümbətova qarşı atıldı. Dövlət televiziyası ilə birbaşa xalqa müraciət edən Heydər Əliyev bölgə əhalisini qanunsuzluqlara qarşı ayağa qalxmağa, dövlətçiliyi müdafiə etməyə çağırdı. Çağırışa gələn minlərlə insan qiyamçıları hakimiyyət binalarından qovub çıxardı. Hərbi hissədə gizlənən “TMR prezidenti” xəyanətkarların yardımı ilə qaçıb gizlənməyə müvəffəq olsa da, uzun müddət gizlənə bilmədi. Həbs olunaraq layiqli cəzasını aldı. Böyük Heydər Əliyev qiyamın qarşısının necə alınmalı olduğunu xırda bir təhlükə hiss edən kimi qaçıb gedənlərə başa saldı, onlara idarəçilik, dövlətçilik  dərsi verdi”.

 

A.Səmədov tarixi faktlara istiad edərək, qeyd edib ki, ulu öndərin növbəti dərs 1994-cü il sentyabrın 20-də başladı. Həmin gün Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdi. Bununla da iki prezidentin hakimiyyətdən uzaqlaşdırılmasına səbəb olan son dərəcə mühüm saziş imzalandı və müstəqil dövlətimizin "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.  Özünü siyasətçi sayanlara izah olundu ki, hakimiyyət –“mənim arzularım var idi, xarici qüvvələr imkan vermədilər”- kimi bəyanatlar verməməli, xalqın,dövlətin maraqlarına xidmət edən addımları atmağı, layihələri reallaşdırmağı bacarmalıdır.

 

Onun sözlərinə görə, dərs bununla bitməmişdi:

 

““Əsrin sazişi”nin imzalanması ilə barışmaq istəməyənlər və onların Azərbaycandakı əlaltıları dövlət çevrilişinə  cəhd göstərdilər. AXC hakimiyyətini pərən-pərən salan və tutduğu mövqe ilə razılaşmaq istəməyən S.Hüseynov növbəti “Gəncə qiyamı”nı qaldırmaq qərarına gəldi. Qarşısında kimin olduğunun hələ anlaya bilməmiş Baş nazir Gəncədəki tərəfdarlarını hərəkətə gətirərək şəhəri və ətraf bir neçə rayonu nəzarətə götürdü. Bakıda müəyyən qüvvələrin hərəkətə keçməsi, bir qrup XTMD-çinin Baş prokurorluğa hücum etməsi, Baş prokuror Ə.Ömərovun kabinetində döyülməsi vəziyyəti kritik həddə çatdırdı. Bu məqamda Baç nazirin yoxa çıxması və zənglərə cavab verməməsi gərginliyi daha da artırdı. Hadisələrin son dərəcə təhlükəli həddə çatdığını görən Böyük dövlət xadimi televiziya ilə xalqa müraciət etdi və hamını dövlətçiliyin müdafiəsinə çağırdı. Çağırışa respublikanın hər yerindən milyonlarla insan səs verdi. Qısa müddətdə xalqın dəstəyi ilə hakimiyyət orqanları bərpa olundu, qiyamçılar darmadağın edilərək həbs olundular”.

 

A.Səmədov bildirib ki, ulu öndər Heydər Əliyevin siyasətçilərə və özünü siyasətçi sayanlara verdiyi daha bir  dərs 1995-ci ilin martında baş tutdu. Belə ki, Türkiyənin müəyyən dairələrinin təşkil etdiyi növbəti dövlət çevrilişi cəhdi xalqın dəstəyi, təhlükəsizlik qüvvələrinin iştirakı ilə yatırıldı:

 

“Qısa müddətdə qanunsuz silahlı qüvvələr tərksilah edildi. Ölkədə sabitlik, əmin-amanlıq bərpa edildi, iqtisadi islahatlar geniş vüsət aldı. Dövlətçiliyin təhlükə altında olduğu məqamlarda dövlət başçısının necə davranmalı olduğu barədə son açıq dərsini Heydər Əliyev 1996-cı ildə Respublika sarayında keçirdi. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına həsr olunmuş xalq toplantısında ulu öndər üzünü həm daxili və xarici düşmənlərə, həm də kiçik təhlükə hiss edən kimi postunu atıb qaçan dövlət başçılarına  tutaraq qətiyyətlə bəyan etdi: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam!”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada