Deputatla icra başçısı arasında ANLAŞILMAZLIQ?

11:51 12-05-2022 | icon 545 | Siyasət
Deputatla icra başçısı arasında ANLAŞILMAZLIQ?

Razi Nurullayev: "Sevinirəm ki, Xəzər Aslanov həmin şəhid ailələrini qəbul edib və..."

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevlə Xızı Rayon İcra Hakimiyyəti arasında anlaşılmazlıq yaranıb.

 
 
Versus.Az xəbər verir ki, bu barədə deputatın özü "facebook" hesabında yazıb.
 
 
Razi Nurullayev vurğulayıb ki, o özü bunu anlaşılmazlıq kimi qəbul etsə də, deyəsən icra başçısı Xəzər Aslanov məsələni başqa cür qəbul edib:
 
 
"Mən jurnalistin mənə ünvanladığı suala cavab vermək istəmirdim. "Etika" naminə. Çünki hər dairənin deputatı var və mən  hər zaman həmkarlarıma böyük hörmətlə yanaşmışam, yanaşacam da. Amma başçının dediyi "siyasi etika"nı bu qəbildən qəbul edə bilmərəm.
 
Başçı məni qınayır və deyir ki: -  "...bu kimi məsələlərdən xal qazanmaqla siyasətçi obrazı yaratmaq siyasi etika ilə ziddiyət təşkil edir".
 
Hörmətli başçının nəzərinə çatdırmaq istəyirəm ki, xal qazanmaq istəsəydim, ümumi danışmaz və elə ifadələr və cümlələr işlədərdim ki, təsiri indikindən yüz dəfə çox olardı. Böyük Allaha da məlumdur ki, belə niyyətim olmayıb.
 
Siyasi partiya rəhbəriyəm, bu cəmiyyətdə və siyasi aləmdə hər zaman öz yolum, öz mövqeyim və baxışlarım olub. Mövqeyim və siyasətim isə hər zaman xalq və dövlətə xidmət olub. Belə də olacaq. Mənim dövlət və xalq üçün boynum qıldan incədir".
 
 
Deputat qeyd edib ki, bütün məsələlərə, bütün problemlərə, bütün rayonlara, bütün hökumət idarələrinə münasibət bildirmək haqqı var və harada yaşamasından asılı olmayaraq, bütün vətəndaşları qəbul etmək, dinləmək və yönləndirmək də vəzifə və vətəndaşlıq borcudur:
 
 
"Bunu etmək mənə qadağan edilə bilməz. Şəhid ailələri də mənim üçün birdir. Heç onları da Birinci, İkinci və Aprel şəhidlərinə, o cümlədən rayon, şəhər və kənd üzrə bölmürəm".
 
 
R.Nurullayev ictimaiyyət üçün qaranlıq qalmasın deyə yaranmış vəziyyətlə bağlı fikrini açıqlayıb:
 
 
"Şəhid ailələrinin video-görüntüsü yayılıb və mən də məsələyə ümumi münasibət bildirmişəm və Xızı icra hakimiyyətini hədəfə almamışam. Etikaya qalanda hörmətli icra başçısının hisslərə qapılaraq Milli Məclisin deputatına və siyasi partiya sədrinə "məsləhət" verməsi də etik deyil. Amma incimirəm və hörmətli Xəzər müəllimin nəzərinə çatdırım ki, seçicilərimin problemləri ilə yaxından maraqlanıram və etimadlarını qazanmaq üçün mümkün olanı edirəm.
 
Sevinirəm ki, hörmətli Xəzər Aslanov müəllim videogörüntüdəki şəhid ailələrini qəbul edib və qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb".
 
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada