BMT-dən dünya dövlətlərinə MÜRACİƏT
Birləşmiş Millətlər Təşkilatı iyunun 22-də baş vermiş güclü zəlzələdən zərər çəkmiş əfqanıstanlılara dəstək üçün donorlardan 110 milyon dollar istəyir.
“Yeni müraciət Əfqanıstan üçün bu il 4,4 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan humanitar cavab planının prioritet hissəsidir. Təəssüf ki, plan yalnız 34% maliyyələşdirilib”, - BMT-nin bəyanatında deyilir.
Tələb olunan vəsait Əfqanıstanda 362 000 insana təcili yardım üçün nəzərdə tutulub.
Xatırladaq ki, Əfqanıstanda 6,1 bal gücündə zəlzələ nəticəsində 1,5 min nəfər ölüb, iki minə yaxın insan yaralanıb.
Ölkə hakimiyyəti beynəlxalq strukturlardan kömək istəyib.
Xəbər lenti
Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI
"Ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib"