"Ermənistan beynəlxalq elmi ictimaiyyəti özünə güldür"

12:10 06-07-2022 | icon 472 | Siyasət
"Ermənistan beynəlxalq elmi ictimaiyyəti özünə güldür"

Fuad Axundov: "Ermənistan tarixşünaslığı elmi “relslərə” köçürməlidir"

 

“Ermənistan milli tarixşünaslığı dəyişdirməli, yalnız tarixi faktlara və hadisələrə əsaslanmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Fuad Axundov deyib.

 

Politoloq “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” kitabını şərh edərkən bildirib ki, Ermənistan dünyada yeganə ölkədir ki, öz memarlıq və toponimik görkəmini Azərbaycan tərzindən erməniyə tamamilə dəyişib:

 

"Beləliklə, bu dövlət törətdiyi cinayətlərin izini dünya ictimaiyyətindən gizlətmək üçün tarixi saxtalaşdırır. Ermənistan beynəlxalq elmi ictimaiyyəti güldürməyi dayandırmalı və tarixşünaslığı elmi “relslərə” köçürməlidir”.

 

F.Axundov eyni zamanda Ermənistanın 2000-ə yaxın Azərbaycan toponim və hidronimini ermənicə dəyişdirdiyini vurğulayıb. Politoloq avropalıların hindu şəhərlərinin, çaylarının və göllərinin tarixi adlarını saxlamaqla, yeni ərazilər saldığı ABŞ tarixindən misallar çəkib. O, qeyd edib ki, Azərbaycan Ermənistanda tarixi irsin qorunub saxlanmasını müdafiə etməklə yanaşı, ərazi iddiaları ilə çıxış etmir:

 

“Azərbaycan Ermənistana ərazi iddiası irəli sürmür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Nəzərə alsaq ki, bu gün Ermənistan cəmiyyətində müasir tarixə bir çox yanaşmalar yenidən dəyərləndirilir, bu da tarixşünaslıqda köklü islahatlar üçün əlverişli imkan yaradır ki, saxta deyil, tarixi faktlar hər zaman ön planda olsun. Çünki saxtalaşdırma qonşulara qarşı növbəti ərazi iddiaları üçün ilkin şərtlərə çevrilir. Elə həmin ərazi iddiaları Ermənistanı qanlı müharibələrə sürükləyib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada