Laçına tam nəzarət Azərbaycana keçir, hədəfdə isə Xankəndi və...

14:13 25-08-2022 | icon 365 | Siyasət
Laçına tam nəzarət Azərbaycana keçir, hədəfdə isə Xankəndi və...

 

 

Laçın şəhərinin tam olaraq Azərbaycanın nəzarətinə keçməsinə saylı günlər qalıb. Ölkə ictimaiyyəti bu gün Laçınla bağlı gündəmi tutan hadisələri 44 günlük müharibənin və post-müharibə dövrünün nəticələri kimi dəyərləndirməkdədir.

 

Ermənilərin işğal etdikləri ərazilərimizdən çıxmasına qoyulan vaxt artıq avqustun 25-də bitir. Ermənistan, eləcə də 10 noyabr sazişinə imza atan Rusiyanın sülhməramlı kontingentinin bu mərhələdə hansı mövqe sərgiləyəcəyi maraqla izlənir. 

 

Laçına, dəhlizə nəzarətin Azərbaycana keçməsi proseslərin hansı mərhələyə adladığını göstərir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən siyasi ekspert Aydın Quliyev bildirib ki, Azərbaycan 10 noyab sənədinin Ermənistan tərəfindən icra olunması yönündə irəlilədikcə Qarabağ ərazisində qanunsuz nəzarətdə saxlanılan ərazilərin də miqyası kiçilir, ermənilər həmin əraziləri tərk edirlər.

 

 

“Heç şübhəsiz ki, Azərbaycan erməni vətəndaşlarını bu ərazilərdən çıxartmağa hədəflənmiş siyasət aparmır. Hələ sovet dövründə erməni əsilli vətəndaşların "Dağlıq Qarabağ"-ın hüdudları çərçivəsində qalıb öz həyatlarını, fəaliyyətlərini davam etdirməsi dövlət siyasətimizin aparıcı istiqamətlərindən biri idi. Amma əgər ermənilər könüllü şəkildə ərazilərimizi tərk edib gedəcəklərsə, bu da onların öz haqqıdır. Azərbaycan yaşayış yerini dəyişən ermənilərə "qalın"- deyərək yalvarmaq fikrində deyil. Əlbəttə ki, 10 noyabr sazişinin yerinə yetirilməsi, xüsusilə də sərhədlərin dəqiqləşdirilməsi, qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılması, Laçında yeni yolun istifadəyə verilməsi və sair müddüəlar həyata keçdikcə, pozuculuqla məşğul olan ermənilərin orada qalıb yaşamaları mümkünsüz olacaq. Bu nöqteyi-nəzərdən ermənilərin Xankəndi ətrafında, xüsusilə də hələ sovet dövründə yaşamadıqları, Ermənistanın işğal dövründə zorakılıqla zəbt elədikləri ərazilərdə qalıb yaşamaları mümkünsüzdür”. 

 

A.Quliyev qeyd edib ki, 10 noyabrda imzalanmış sənədlər də bunu tələb edir.  Onun sözlərinə görə, əgər ermənilər sovet dövründə Xocalı şəhərində yaşamırdılarsa  10 noyabr sənədinin müddüəları həyata keçdikcə Xocalı şəhərini tamamilə tərk etmişdilər.  Ona görə də Xocalının sonradan orada məskunlaşdırılmış ermənilərdən  təmizlənməsi də qaçılmaz olacaq.

 

“Bir sözlə, imzalanmış sənədlərin həyata keçirilməsi ilə Qarabağ ərazisində qanunsuz yaşayan ermənilərin  çıxarılması  baş verəcək.  Ermənilər keçmiş Dağlıq Qarabağın hüdudları çərçivəsində harda yaşayıblarsa o ərazilərdə də yaşaya bilərlər.  Amma 30 illik işğal dövründə zəbt eliyərək tutduqları ərazilərdə azərbaycanlıların evlərinə doluşublarsa həmin ərazilərdə qalıb yaşaya bilməzlər. Ona görə də Xankəndi və bir neçə kənd istisna olmaqla ermənilər bütün Qarabağı tərk edəcəklər. Xankəndində qalan ermənilər də təbii ki, Azərbaycan qanunlarına tabe olmalıdır. Azərbaycan onlara hərbi zorakılıq göstərmək niyyətində deyil. Sadəcə 10 noyabr sənədinin ruhu bunu tələb edir”.

 

A.Quliyev hesab edir ki, Laçın şəhərinin və indiyədək sülhməramlıların məsliyyət zonasında qalan bir neçə kəndin nəhayət Azərbaycanın nəzarətinə keçməsi bu ərazilərdə dövlət bayrağımızın qaldırılması tarixi əhəmiyyətli hadisədir və 44 günlük müharibənin zəfər qələbəsinin məntiqi nəticəsidir.

 

“Laçın şəhərində Azərbaycan dövlət bayrağının sancılması ilə bağlı görüntülər bir daha onu ifadə edir ki, Azərbaycan bütün əraziləri üzərində özünün suveren hüquqlarını və suveren nəzarətini gec-tez bərpa edəcəkdir. Eləcə də digər ərazilərdə də bu addımlar atılacaq.  Laçının Azərbaycanın silahlı qüvvələrinin və dövlət rəhbərliyinin nəzarətinə keçməsi həm də o deməkdir ki, Azərbaycan 10 noyabr sənədinin müddüəlarını həyata keçirməkdə ardıcıldır, iddialıdır”.

 

A.Quliyev xatırladıb ki, Ermənistan bu sənədin icrasına qaşı müəyyən təxribatlar və maniələr törətsə də, Azərbaycan Ermənistanı bütün müddüəları icra etməyə məcbur edəcək.

“Bu gün Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi onu ifadə edir ki, Ermənistan öz təxribatçı  planlarını həyata keçirməyə müvəffəq olmayacaq. Eləcə də 10 noyabr sazişindən sonra Laçına taxılan bayraq sübut etdi ki, bu ərazilərdə söz sahibi Azərbaycandır.  Laçına bayrağımızın dalğalanması, hüquqi, siyasi proseslərin təsbitidir. Bayrağımızın Laçında dalğalanması bu prosesin Xankəndində, Xocalıda da davam edəcəyi gününün uzaqda olmadığını göstərir. Bu hadisə sübut etdi ki, müharibdən sonrakı ritorikanı Azərbaycan müəyyənləşdirir.Ona görə də Laçında Azərbaycan bayrağının dalğalanması sonrakı mərhələdə imzalanacaq sülh sazişinin bir əlaməti kimi də qəbul edilə bilər”.

 

“...sülhəramlılar Laçın dəhlizini, şəhəri tərk edəcəklər”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Həftə-içi-nə şərhində Laçın şəhəri, “dəhlizi”və şəhərin yaxınlığında yerləşən Zabux və Sus kəndlərinin boşaldılması və həmin ərazilərin Azərbaycanın nəzarətinə keçməsi prosesinin uğurla davam etdiyini qeyd edib.

 

Onun sözlərinə görə, Laçın ayın 25-dək boşaldacaq və tam olaraq bizim nəzarətimizə veriləcəkdir.

 

“Bütün bu məsələlər 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanata uyğun olaraq həyata keçirdilir. Bəyanatda qeyd edilmişdi ki, 3 il ərzində Laçın dəhlizinin alternativi olaraq yeni marşrut təyin olunacaq və orada yaşayan ermənilər, eləcə də sülhəramlılar Laçın dəhlizini, şəhəri tərk edəcəklər”.

 

 

Siyasi ekspert Ermənistanın bu yaxınlara qədər qeyri -konstruktiv mövqe nümayiş etdirməklə Laçını, Laçının kəndlərini boşaltmaq istəmədiyini qeyd edib. Bildirib ki, Azərbaycanın davamlı olaraq apardığı hücum diplomatiyasından sonra nəhayət ki, Ermənistan bu öhtəliyini də həyata keçirtməyə başladı. 

 

“Proses yekunlaşandan sonra Laçında əsas işimiz ilk növbədə həmin bölgədən didərgin düşmüş soydaşlarımızı öz yurdlarına  qaytarmaq olacaq. Bunun üçün zəruri işlər görülməlidir. Yəni bölgə minalardan təmizlənməli, Azərbaycan hərbi qüvvələri Laçında, Ermənistan -Azərbaycan sərhəddində yerləşdirilməlidir və sair. Yəni Laçın əhalini qarşılamağa hazır olandan sonra laçınlılar öz evlərinə qayıdacaq. Vətəndaşlarımızın öz yerlərinə qayıtması da dövlətimizin əsas prioritetlərindən biridir. Orda demoqrafik vəziyyətin köklü olaraq bizim xeyrimizə dəyişməsi ölkəmizin önəm verdiyi əsas məsələlərdən biridir”.

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI