Türkmən liderindən Azərbaycan xalqına TƏBRİK
Türkmən lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib.
Versus.Az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Qardaş Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edirəm. Keçmiş sovetlərin tərkibindən ayrllan, müstəqilliyinin bərpasını elan edən Azərbaycan, ittifaqa daxil olan digər türk respublikalarına da örnək oldu".
İraq milli lideri məktubunda 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməsini tarixi hadisə adlandırıb:
"Qardaş Azərbaycan bu əlamətdar tarixin 31-ci ilini ötən illərdən fərqli olaraq, ərazi bütövlüyünü təmin edən, torpaqların işğalına son qoyan, böyük zəfər qazanan qalib, güclü və qüdrətli ölkə kimi qeyd edir. Qürur duyulacaq gündə İraq Türkməneli partiyası, Kərkük Türkməneli adından qardaşlarımızı bir daha təbrik edirik. Azərbaycana sülh, firavanlıq, regionda, dünya birliyində yeni uğurlara imza atmasını arzulayırıq. Azərbaycanın qazandığı qələbə Türk dünyasının da qələbəsi, zəfəridir. Müstəqilliyiniz əbədi olsun".
Ağanisə Əliqaraqızı
versus.az
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."