"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

09:56 26-11-2022 | icon 387 | Siyasət
"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

Aydın Quliyev: “Sülhməramlıların fəaliyyətləri ilə bağlı ciddi hesabat tələb olunmalıdır”

 

"Azərbyacanın rus sülhməramlılarının bir sıra hərəkətlərinə, əldə olunmuş razilaşmalara açıq-aydın zidd hərəkətlərinə aşırı dərəcədə dözümlü yanaşması sülhməramlıları belə yalan bəyanatlar verməyə həvəsləndirdi. Əgər zamanında sülhməramlıların neqativ hərəkətlərnə və hərəkətsizliklərinə lazımi şəkildə prinsipial cavab verilsəydi, yəqin ki, onlar bu gün bu cür addımlara və hərəkətlərə yol verməzdilər".

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Aydın Quliyev sülhməramlıların həddini aşaraq Azərbaycanı sərhəddə atəşkəsi pozması ilə bağlı yalan bəyanatla ittiham etməsi ilə bağlı açıqlamasında bildirib.

 

A.Quliyev qeyd edib ki, biz zamanında ümid elədik ki, əgər əldə olunmuş 10 noyabr razılaşmasında Rusiya prezidentinin imzası varsa, demək onun bütün müddüəasının icrası üzərində Rusiyanın ali siyasi rəhbərliyinin iradəsi təkzib olunmaz bir fakt kimi ortada olacaq:

 

“Biz gözləyirdik ki, rus sülhməramlıları özlərinin məsuliyyət zonası olan ərazilərdə  ermənilərin qanunsuz silahlı dəstələrini razılaşmada nəzərdə tutulmuş müddətdə tərksilah edəcəklər.  Ancaq bu baş vermədi. Biz rus sülhməramlıların separatçıların nəzarətində olan bölgədə heç bir lüzum olmadan rus icmasını formalaşdırmasına dözümlü yanaşdıq. Biz ona dözdük ki, sülhməramlıların gözünün qabağında  Gümrüdə istehsal olunmuş minaları Qarabağın hələ də separatçıların əlində olan hissəsinə daşıdılar və onları separatçıların yaşadığı ərazilərin ətrafında sülhməramlıların gözü qabağında basdırdılar. Biz ona göz yumduq ki, rus sülhməramlıları Rusiyanın tarixində olan müəyyən elm - mədəniyyət və dövlət xadimlərinin heykəllərindən ibarət Qarabağda bir panteom düzəltdilər.  Biz Rusiya sülhməramlılarının gözünün qabağında Qarabağın mərkəzində müxtəlif dini ocaqlar yaradıldığını gördük. Hətta onu da müşahidə elədik ki, sülhməramlıların nəzarəti və fəal iştirakı ilə Rusiya vətəndaşlarının Qarabağda toplantısı keçirildi. Biz onu da gördük ki, məhz sülhməramləların gözü qabağında separatçı rejimin saxta ildönümləri ilə bağlı müəyyən  tədbirlər keçirildi.  Sülhməramlıların Qarabağa gələn avtomobilləri yoxlamadan Xankəndi ərazisinə buraxıbar ki, bu da ora şübhəli yüklərin daşındığı ilə bağlı məlumatların olduqca mötəbər olduğunu bir daha təsdiqlədi. Biz Rusiya ilə münasibətlərdə üzərimizə götürdüyümüz  öhtəliklərə tam sadiq halda dözümlü yanaşdığımız halda, sülhməramlılar belə pozucu addımları atmağa başladılar”.

 

A.Quliyev bildirib ki, bu faktlar onu sübut edir ki, nə zamana qədər ki, sülhməramlıların ərazidəki fəaliyyətinə prinsipial cavab verilməsinə nail olmamışıq,  bizim göstərdiyimiz iradların icra olunub-olunmaması ilə bağlı hesabat istəməmişik, onda sülhməramlılar bu cür qeyri-adi inanılmaz bəyanatları yaymaqda davam edəcəklər.

 

A.Quliyev bəyan edib ki, sülhməramlıların bugünkü bəyanatı artıq sülhməramlıların fəaliyyətinə Rusiya ilə münasibətlərimizə malik olduğumuz öhtəliklər nəzərindən yanaşmaq möbvqeyinə son qoymalıyıq:

 

“Sülhməramlıların bu yanlış məlumatları onların Qarabağda qalma müddətinin uzadılması ilə bağlı erməni tərəfinin qaldırdığı təşəbbüslərin heç bir əsası olmadığını sübut edir. Bir daha göstərir ki, sülhməramlıların özlərini bu cür apardıqları təqdirdə onların ölkəmizdə qalmasının müddətinin uzadılması ilə bağlı Azərbaycanın hər hansı bir müzakirələrdə iştirakı yolverilməzdir”.

 

A.Quliyev bildirib ki, rus sülhməramlıları bu 5 ildə nəinki üzərinə düşən öhtəlikləri yerinə yetirmədilər, əksinə Azərbaycana qarşı qərəzli informasiyalar yayır, hətta qalma müddəti 5 ildən artıq uzadıldıqda onların daha ağır düşmən hərəkətlərini görə bilərik:

 

“Ona görə də sülhməramlıların fəaliyyətləri ilə bağlı ciddi hesabat tələb olunmalıdır. Sülhməramlıların 10 noyabr sazişinə uyğun fəaliyyət göstərib göstərməyəcəyi günün ən aktual mövzusuna çevrilməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Prezident bu postu LƏĞV ETDİ

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI