“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”
Mahir Abbaszadə: “Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil ki, onunla bu dildə danışsınlar”
II Qarabağ savaşında darmadağın edilən işğalçı Ermənistan ordusu 9 noyabr üçtərəfli sazişinə imza atsa da, götürdüyü öhtəlikləri yerinə yetirmir. Üstəlik havadarları ilə birgə törətdiyi cinayətləri, regionda sülhü pozan əməllərini Azərbaycanın üzərinə yükləmək üçün cəhdlər edirlər. Məğlub Ermənistan hansı cürətlə Azərbaycana təkliflər, şərtlər verir, Qarabağ bölgəsində separatçı rejimi dirçəltmək üçün əməliyyatlar həyata keçirdir? Müşahidə olunan bu və ya digər gərginliyin aradan qaldırılması, Qarabağda sülhün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf üçün hansı adekvat addımlar atılmalıdır, durum nəyi diqtə edir?
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Mahir Abbaszadə mühüm nüanslara diqqət çəkib.
- Mahir müəlllim, bu gün erməni hərbçiləri Azərbaycan sərhədində atəşkəsi pozaraq regionun təhlükəsizliyini pozmaqda davam edirlər. Sülh danışıqlarını vecə almayan Qarabağdakı separatçı rejim hərbi emalatxanalar qurur, xarici ölkələrdən aleqarxları, din adamlarını Qarabağa gətirib, ölən ruhlarını dirçəldib, əllərini möhkəmləndirmək istəyirlər. Mövcud durum nədən xəbər verir?
- 2020-ci ildə biz - Azərbaycan xalqı, Prezident, Ordu bir Dəmir Yumruq kimi birləşərək hamılıqla işğal altında olan bütün torpaqları azad edib geri qaytara bildik. Azərbaycan xalqı düşmən ordusunu darmadağın edərək ərazilərindən çıxarıb və onu 9 noyabr kapitulyasiya aktına imza atmağa məcbur edib. Azərbaycan sərhədlərində təhlükəsiz və davamlı sülhün yaranması, delimitasiya, demorkasiya məsələlərinin həlli, tarixi Zəngəzur yolunun açılması, Prezidentin dediyi kimi, tarixdə müharibə səhifəsini bağlayıb, sülh səhifəsi açmaq, yenidən quruculuq siyasətini davam etdirərək bölgənin inkişafına nail olmaq üçün yenə də Ermənistanı sülh danışıqlarına dəvət edir. Bu Azərbaycan dövlətinin apardığı əsas siyasətdir.
Amma bu gün Yerevandan və Xankəndidə məskunlaşmış ermənilərin davranışlarında sülhə və təhlükəsizliyə qarşı təhdidlər var. Görürük ki, əslən erməni olan Rusiya vətəndaşı gəlib Qarabağda - Xankəndidə separatçı qüvvələrlə birləşərək mitinqlər keçirir, erməni əhalisinə yalançı vədlər verir.
Məlumdur ki, 9 noyabr sazişi Rusiyanın vasitəçiliyi ilə baş tutmuşdu və o sənəddə imzası var. Amma görürük ki, irəli sürdüyü sülh təklifləri içərisində olan maddələr nə Azərbaycan xalqının, nə Azərbaycan Prezidentin, nə dövlətimizin mövqeyini özündə ehtiva etmir. Əgər cənab Prezident qeyd edirsə ki, “Qarabağ” adlı problem qalmayıb, Azərbaycanın ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, bu o deməkdir ki, biz artıq Qarabağ məsələsini həll etmişik, Qarabağda yaşayan ermənilər də Azərbaycan respublikasının vətəndaşlarıdır. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan vətəndaşı olan ermənilər üçün heç bir xüsusi statusdan söhbət gedə bilməz. Belə olan surətdə proses Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demorkasiya məsələlərinin həllinə yönəlməlidir. Əgər biz Qarabağda yaşayan erməniləri Ermənistana keçidlə bağlı Laçın rayonu ərazisindən bir yolla təmin etmişiksə, o formada da Zəngəzur yolu açılmalı və Azərbaycan öz tarixi torpağı olan Naxçıvanla birbaşa quru sərhədlərini təmin etməlidir. Əksinə, biz Rusiya, Ermənistan tərəfindən belə neqativ hallara rast gəlirik. Bunun cavabını cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı 8 noyabrda Şuşada Azərbaycan Qələbə bayramı keçirəndə ordunun qarşısında çıxışı zamanı verdiyi mesajlarda bir daha göstərdi. Bir daha elan elədi ki, əgər sülh danışıqları nəticə verməyəcəksə, Azərbaycanın uzatdığı sülh əlinə Ermənistan tərəfindən adekvat cavab olmadığı təqdirdə, Ermənistan tərəfi müharibə istəyəcəksə, nəticələri əvvəlcədən gözünün qabağına almalıdır. Çünki Ermənistan 30 il sülh istəmədi, 30 il müharibə istədi və bunun da nəticələrini gördü. Bu dəfə də Ermənistan sülhə doğru addım atmayacaqsa, sülhə təhdid yaradacaqsa, sülh prosesini uzatmağa çalışacaqsa, Azərbaycanın dəmir yumruğunu yenə görəcək. Azərbaycan silahlı qüvvələri öz ərazisini qorumaq, ədaləti və sülhü bərpa etmək gücünü özündə saxlayır.
- Son Soçi görüşündə Rusiyanın hansı təkliflə çıxış etdiyi məlumdur. Xankəndidə rus sülhməramlılarının hansı fəaliyyəti sərgilədiyi, axtarışda olan cinayətkar Arutunyanın “rəhbər” kimi önə çəkilməsi nəyi ifadə edir. Belə bir fonda Rusiya Prezidenti Vladimir Putinin noyabrın sonunda keçirilməsi nəzərədə tutulan Brüssel görüşü öncəsi KTMT-nin sammitində iştirak etmək üçün Ermənistana səfərinin pərdəarxasında nə dayanır. Rusiya rəsmisi Paşinyana hansı “sovqatla” gedib – “qulaqburması”, yoxsa “dəstəklə”?
- Soçidə tərəflər arasında sənəddə də Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması ilə bağlı sənədə imza atıb. Biz sənədlərdə bunun ehtiva olunduğunu və Rusiya tərəfinin də hansı vasitəçilik missiyasını yerinə yetirdiyini görürük. Əgər Putin Yerevana səfər edirsə və Azərbaycan-Ermənistan münasibətlərinin normllaşması üzrə xüsusi nümayəndəsi Bakıya səfər edirsə, deməli Rusiya prezidenti bununla həm də Yerevana səfərinin mahiyəti ilə bağlı məlumat vermək istəyir. Amma məsələ ondan ibarətdir ki, üzdə elə gedişlərə rast gəlirik onun bir hissəsi Azərbaycan xalqının mənafelərini ifadə etsə də, arxada bəzi planların olduğunu görürük. Görürük ki, Rusiya tərəfi Azərbaycanın suveren ərazisində, Qarabağın mərkəzi şəhəri olan Xankəndidə “rus mərkəzləri”nin açılmasını təmin edir və guya ermənilərin rus dilini bilməsi ilə bağlı işlər aparırlar. Təbii ki, Azərbaycanın rus dilinin tədrisi ilə bağlı narahatlığı yoxdur. Narahtlıq doğuran odur ki, bu tədbirlərin təşkilində Azərbaycan tərəfinin cinayətkar kimi axtarışa verdiyi, özünü saxta “artsax” deyilən rejimin rəhbəri elan etmiş Arutunyan iştirak edir. Bu onu göstərir ki, üzdə ciddi danışıqların getdiyi görsənsə də, arxada bizim mənafelərimizə xidmət etməyən addımlar atılır.
Rusiya tərəfi onu bilməlidir ki, bu ərazilərdə sülhün və təhlükəsizliyin təmin edilməsi orada fəaliyyət gösətərən rus sülhməramlılarının missiyasına daxildir. Sülhməramlıların mandatı ondan ibarətdir ki, bölgə silahsizlaşdırılsın, erməni silahlı qüvvələri ərazidən çıxarılsın, azərbaycanlılarla ermənilər arasaında etimad yaradılsın. Bu etimad da gələcəkdə orada qalıb Azərbaycan vətəndaşlığını qəbul etmək isətəyən ermənilərlə azərbaycanlılar arasında olmalıdır. Sülhməramlılar bu işlə məşğul olmalıdır. Təəssüflər olsun ki, biz başqa halları görürük. Hər iki tərəf başa düşməlidir ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatlar aparmaq, düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır.
- Üçtərəfli sazişin müddüəlarına əsasən erməni silahlıları ərazidən çıxarılmırsa, Qarabağda sülhməramlıların və erməni silahlılarının özbaşınalığı artırsa, ermənilər Zəngəzur yolunun açılmasına maneədirsə, bu, Laçın dəhlizinin bağlanmasını, yeni müharibə, antiterror əməliyyatını nə dərəcədə zəruri edir?
- Bəri başdan qeyd edim ki, bu gün Qarabağdakı erməniləri Ermənistana aparacaq yol “dəhliz” deyil, yoldur.
Beynəlxalq teminalogiyada dəhlizin mənası başqadır, yolun başqa. Dəhlizdən həm dəmir yolu xətti, quru yol, işıq, qaz xətləri keçə bilər. Amma yoldan sadəcə maşınların gediş gəlişi təmin olunur. Biz Qarabğada yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq üçün dəhliz vermişdik. İndi o yeni yolla əvəzlənib. Bu yolun mühafizəsini 9 noyabr sazişinə əsasən sülhməramlılar həyata keçirdir. Amma bu yolun bağlanması, açılması, orada gömrük postunun qoyulması və yaxud sərhəd xidmətinin qurulması hüququnu Azərbaycan özündə saxlayır. Bu, beynəlxalq hüququn Azərbaycana verdiyi imkanlardır. Eyni zamanda Laçın rayonunun ərazisindən Ermənistana gedən həmin yol Azərbaycan respublikasının torpağıdır. Belə olan surətdə Konstutusiyaya uyğun olaraq Azərbaycan dövləti istədiyi yerdə mühafizə xidməti qurub, sərhəd postu yarada bilər. İstənilən vaxtda həmin yolu bağlayıb pasport yoxlanışını təmin edə bilərik. Düşmən tərəfi, havadarları da bunu çox yaxşı bilir. Düşmən tərəfi anlamalıdır ki, bu gün Qarabağda -Xankəndidə yaşayan ermənilərlə birgə sülhə, təhlükəsizliyə böyük təhdidər yaradan addımları onların zərərinə işləyəcək. Azərbaycan silahlı qüvvələrinin vasitəsi ilə o yolu istənilən vaxt bağlaya və antiterror əməliyyatları keçirdib həmin hərbi cinayətkarları həbs edə bilər. Bunu yadlarından çıxarmasınlar. Əgər düşmən tərəfi gələcəkdə beynəxalq hüququn verdiyi imkanlardan istifadə edib təhlükəsizlik və sülhün davamlı olmasına təhdid yaradacaqsa, Azərbaycan bu gücündən istifadə edəcək.
- Laçın yolunun bağlanmasında gecikmirik? Bir çox ekspertlər deyir ki, gecikirik, çünki ermənilər yenə də toparlanırlar, mühəndis istehkamları qururlar, yenə də müharibə hazırlıqları gedir... Geciksək, yenə itkilər verə bilərik...
- Həmin ekspertlər bizim 30 illik səbrimizin də çox olduğunu deyirdilər. Amma zaman gəldi, cənab prezidentin rəhbərliyi ilə biz torpaqlarımızı geri aldıq və həmin vaxt prezidentin xalqımıza belə bir müraciəti oldu ki: - “Mən, nəyi nə vaxt, necə edəcəyimi çox yaxşı bilirəm...” Mənə elə gəlir ki, bu məsələnin həlli ilə bağlı danışıqlar yolu hələ ki, tükənməyib. Hələ ki, beynəlxalq təşkilatların hamsında Ermənistanın o revanşist addımları dəstəklənmir. Çünki bu addımların qarşılığında Azərbaycan tərəfinin irəli sürdüyü sülh və təhlükəsizlik tələbi daha ucadan səslənir. Təbii ki, Azərbaycan tərəfi qalibdir, istədiyi vaxt o əməliyyatları həyata keçirdə bilər, amma cənab prezident sülhsevərliyini, insanpərvərliyini və regionun lideri olduğunu ortaya qoyaraq hələ ki, təmkin göstərərək danışıqları, beynlxalq təşkilatların atacağı addımları səbrlə gözləyir. Mənə elə gəlir ki, bu öz nəticəsini verəcək. Verməzsə, Azərbaycan dövlətinin ordusu öz gücünü özündə saxlayıb.
- Paşinyan sülh masasına “çərçivə sazişi” təklif edib. Bunun arxasında hansı niyyətlər var?
- Ermənistan-Azərbaycan danışıqlarının hansı səviyyədə və hansı maddələr üzərində aparılması ilə cənab prezidentin irəli sürdüyü təkliflər var. Bu təkliflər Azərbaycan xalqının mənafelərini müdafiə edir. Ərazilərdə sülhün və təhlükəsizliyin təminatı ancaq bu maddələr üzərində mümkündür. Çünki bu maddələr özündə ehtiva edir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır, müharibə erası bitir və sülh prosesi başlayır. Adının “çərçivə sazişi”, yaxud başqa nə olmasından asılı olmayaraq bütün danışıqlar Azərbaycan tərəfinin irəli sürdüyü həmin maddələr üzərində olmalıdır. Bunu cənab Prezident dəfələrlə deyib, mənə belə gəlir ki, qarşıdakı günlərdə də biz bunun bariz nümunələrini görəcəyik.
- Mahir müəlllim, İranın, ABŞ-ın, Rusiyanın, Fransanın Qarabağ məsələsində sərgilədiyi mövqe və Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə fonunda Azərbaycan həqiqətlərinə beynəlxalq münasibət hansı standartlarda, çərçivədə görünür. Məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi də təsadüfi deyil. Biz dünyadan ədalət gözlədiyimiz halda, beynəlxalq təşkilatların hələ də Azərbaycana ikilistandartlı yanaşmada davam etdiyini söyləyə bilərikmi?
- Əvvəla qeyd edim ki, Senatın Azərbaycanla bağlı qəbul etdiyi və nəzərdə tutduğu sanksiyaların heç bir əhəmiyyəti yoxdur. Çünki Senatın qətnamələri tövsiyyə xarakterlidir və bunun hökumət tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi də başqa məsələdir. Amma Fransa parlamentinin Azərbaycanla bağlı mövqeyi gözlənilən idi. 2020-ci ildə biz torpaqları işaldan azad edən zaman da Senatın belə bir qətnaməsi oldu. Senat bir az da qabağa gedərək, “Dağlq Qarabağ” deyib, “artsax” dövlətinin tanınması ilə bağlı tövsiyyələr verirdi.
Hamı yaxşı bilir ki, Fransada erməni lobbisi çox güclüdür. Parlament, Prezident Makron da erməni lobbisinin təsiri altındadır. Makronun bütün çıxışları məhz Fransada yaşayan erməni lobbisinin səsini almağa yönəlib. Senatda irəli sürülən təkliflərə baxsaq, qəbul edilmiş qərar reallıqları əks etdirmir. Bu qərarı qəbul edən parlamentariləri sanki Qarabağın harada olduğundan, Ermənistan-Azərbaycan sərhədində nələrin baş verdiyindən xəbərsizdirlər. Məsələn, maddələrin birində qeyd olunur ki, Azərbaycan ordusu Ermənistan ərazilərindən və Laçın dəhlizindən çəkilməlidir. Onlar anlamırlar ki, “Laçın dəhlizi” məsələsi qurtarıb, indi sadəcə Laçından keçən yol var və yolun mühafizəsini rus sülhməramlıları aparırlar. Rus sülhməramlılarının da orada olması 9 noyabrda ermənilərin kapitulyasiya aktına imza atması ilə mümkün olub. Bu necə senatdır ki, Ermənistan rəhbərliyinin atdığı addımlardan xəbəri yoxdur. Və belə çıxır ki, Senat erməni lobbisinin təsiri altındadır. Yaxud, Senat qətnamədə qeyd edib ki, “Azərbaycan bütün hərbi əsirləri qaytarılmalıdır”. Amma Azərbaycanda erməni hərbi əsiri yoxdur, terrorçular var. Onlar müharibədən sonra Azərbaycan ərazisində diversiya aparmaq istəyərkən təhlükəsizlik və silahlı qüvvələr tərəfindən tutulub, qanunlarımıza uyğun olaraq məhkəmədə cinayət məsuliyyətinə cəlb ediliblər. Əksinə, Ermənistan 4 mindən artıq hərbi əsirimizin taleyi haqqında bu günə qədər də məlumat vermir. Biz bu yaxınlarda Xocavənd rayonun Edilli kəndində, Füzuli rayonunda tapılan kütləvi məzarlıqları gördük. O məzarlıqlarda 75-dən artıq azərbaycanlı əsirinin əlləri, qolları bağlı şəkildə torpağa basdırılıdığı ortaya çıxdı.
Yaxud, Senat tövsiyə edir ki, “Fransa hökuməti Dağlıq Qarabağda “humanitar büro” açmalıdır.
Birincisi, Azərbaycanda “Dağlıq Qarabağ” ərazi vahidi yoxdur. ikincisi, siz necə Azərbaycanın hüququ ərazisi olan Qarabağda büro aça bilərsiz?! Azərbaycan istənilən büronu ləğv edib, üzvlərini də məhv edə bilər. Bu bizim suveren hüququmuzdur.
Və yaxud, deyirlər ki, “Dağlıq Qarabağ respublikası - artsax tanınmalıdır”. Bir daha bəyan edirik ki, nə “Dağlıq Qrabağ” adlı respublika var, nə “Dağlıq Qarabağ” ərazi vahidi var, nə də “Dağlıq Qarabağ” adlı probelem yoxdur.
Görünən odur ki, Fransa Senatının qəbul etdiyi qərar nəinki Azərbaycanın mənafeyinə uyğun deyil, heç bölgənin reallıqlarını özündə ehtiva etmir. O ki, qaldı YUNESKO-ya, birinci xanım Mehriban Əliyeva 2004-cü ildən xoşməramlı səfir seçilib. Gəlin etiraf edək ki, Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsi təkcə Azərbaycan üçün deyil, həm də YUNESKO-nun ümumi işinin inkişaf etməsi üçün böyük əhəmiyyətə malik idi. Bunların içərisində biz dünyanın maddi-mənəvi irsinin qorunması ilə bağlı Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev Fondunun atdığı addımları xüsusilə qeyd edə bilərik. Burada tarixi abidələrin qorunması, onların təmir edilməsi, restavrasiyası ilə bağlı Mehriban xanımın böyük missiyası var. Amma çox təssüflər olsun ki, Mehriban xanımın apardığı bu böyük missiyaya rəğmən YUNESKO Azərbaycana qarşı ikili standartları davam etdirir. Nəzərə çatdırmalıyıq ki, YUNESKO siyasi təşkilat deyil, siyasi təşkilat olmamalıdır. Sadəcə olaraq bu təşkilatın Fransada yerləşməsi və təşkilatın rəhbərinin ermənipərəst olması nəticədə bu hadisələrə gətirib çıxardır. Xatırlayırsızsa, Azərbaycan 2005-ci ildə YUNESKO-nun əraziyə nümayəndə göndərməsi ilə bağlı müraciət etmişdi. Həmin vaxt YUNESKO qərar verdi ki, o ərazilər silahlı qüvvələrin nəzarəti altında olduğu üçün bölgəyə gələ bilmirlər. İndi artıq müharibə bitib. Biz artıq bütün əraziləri işğaldan azad etmişik. Yenə dəfələrlə YUNESKO-ya müraciət edilib ki, missiyanızı göndərin, gəlin gözlərinizlə görün ki, 67 məscidin 62-i necə tamamilə dağıdılıb, gəlin görün ki, dünyanın tarixi mədəni abidələrində Ermənistan tərəfi donuz saxlayır. Gəlin özünüz görün ki, Şuşa kimi qədim şəhərdə Azərbaycan irsini pozmaq, ləğv etmək üçün nə gəldi ediblər. Elə cənab Prezident Qarabağa və Şərgi Zəngəzura səfərlərinin birində dağıdılmış məscidin yanında duraraq YUNESKO-ya müraciət etdi ki, gəlin o prosesləri öz gözünüzlə görün. Amma çox təəssüflər olsun ki, YUNESKO nəinki bu addımları atıb, əksinə, mühairbə bitən kimi tez ordan bəyanat verdi ki, erməni tarixi abidləri Azərbaycan silahlı qüvələri tərəfindən dağıdılıb. 1900-cü illərə qədər Qarabağda bir dənə də erməni yaşamadığ halda necə ola bilir ki, orda çoxillik erməni abidlərinin olmasından danışılır. Dağıdan ermənilərdir, Ermənistandır. Amma sanki YUNESKO bunu görmək istəmir. Belə olan təqdirdə Mehriban xanım müzəffər xalqın nümayəndəsi, ölkənin birinci vitse prezidenti kimi Azərbaycan xalqının mənafeyini özündə ifadə edərək, əsl türk qadınına yaraşan bir adım atıb. Bu da səfirlikdən imtinadır. Bu, YUNESKO-ya Azərbaycan tərəfindən verilmiş ən böyük diplomatik cavabdır.
- Mahir müəlllim, işğaldan azad olunmuş ərazilərin bərpası, quruculuq işləri necə davam edir? İşğaldan azad olunan ərazilərə qayıdan soydaşlarımız üçün bu gün hansı təhlkə qalmaqdadır?
- Azərbaycan torpaqlarını işğaldan azad edib vətəndaşları geri qaytararkən bizim üçün ən böyük təhlükə mina təhlükəsidir. Müharibə qurtarandan sonra 300-ə yaxın insan minaların qurbanı olub. Bu insanların böyük əksəriyyəti həyatlarını, bəziləri sağlamlıqlarını itirblər.
Cənab Prezident də Şuşada qeyd edirdi ki, minalardan təmizlənmək üçün Azərbaycana milyardlarla dollar, təxminn 30 il də vaxt lazımdır. Qeyd etmək lazımdır ki, Azərbaycan işğaldan sonra bərpa-quruculuq işlərini tək öz vəsaitləri hesabına aparır. Məhz minaların təmizlənməsi prosesini də öz vəsaitləri gücü hesabına həyata keçirdir. Minalardan təmizləmə prosesi gedir, amma təhlükə də qalır.
“Sosial müdafiə xərclərini ləğv edib, uşaq pulunun üzərinə fokslana bilmərik”
- Mahir müəllim, ölkədə əhalinin sosial həyatını müəyyən edən iqtisadi inkişaf tempi hansı səviyyədədir. Qiymət artımı və bahalaşmanın insanların sosial-məişət həyatına ağır təsir göstərməməsi üçün hansı addımlar atılır?
- Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərin bərbası ilə bağlı indiyə qədər Azərbaycan büdcəsinə 4,2 milyard manat ayrılıb və bu vəsaitin böyük bir hissəsi istifadə edilib. Bu il isə işğadan azad olunan ərazilərin bərpası ilə bağlı dövlət büdcəsindən 3 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Bu günlərdə 2022-26-cı illər işğaldan azad olunan ərazilərin bərpa edilməsi və böyük qayıdışın təmin edilməsi ilə bağlı Prezident Birinci Dövlət Proqramını təsdiq elədi. Birinci Dövlət Proqramına əsasən bu ərazilərdə infrastrukturu qurmaq, yaşayış məntəqləri salmaq, sərhələrdə təhlükəsizlik və etimadı, sülhü təmin etmək, bura köçürülən insanların sosial müdafiəsini təşkil etmək, iş yerləri açmaq, innovativ idarəetmə və innovativ iqtisadiyyatı qurmaq, bu ərazilərə köçürülən insanları və burada qurulan biznesin inkişafı ilə bağlı stimullaşdırıcı tədbir olaraq idxal əlavə dəyər vergisindən azad etmək, şirkətlərdə çalışan insanların sosial müdafiə xərclərinin dövlət tərəfindən subsidiyalaşdırılması, digər tərəfdən köçürüləcək insanların sosial müdafiəsinin gücləndirməklə bağlı əlavə vəsaitlərin verilməsi ilə bağlı tədbilər planı nəzərdə tutulub. Qeyd etməliyəm ki, Azərbaycanın iqtisadi göstəriciləri, makroiqtisadi sabitliyi, kristal dayanıqlığı imkan verəcək ki, Birinci Dövlət Proqramında göstərildiyi kimi, hökumət onu həyata keçirdə bilsin.
Ölkədə qiymət artımı getməkdədir. Bunun böyük bir hissəsi idxal infilyasiyasıdır. Bizim sərhədlərimizdə və qonşularımızda baş verən müharibələr və onun nəticəsində sanksiyaların ortaya çıxması iqtisadi zəncirlərin qırılmasına, loqistik imkanların zəifləməsinə səbəb olur ki, bütün bunlar hərdən mal qıtlığına, hərdən isə qiymət artımına gətirən məsələlərdir. Məsələn, dünya banklarının məlumatlarına baxsaq görərik ki, təkcə müharibə edən Rusiya-Ukrayna tərəfi dünyanın kənd təəsərrüfatı məhsullarını istehsal və ixrac edən dövlətlər sırasında birincidən dördüncüyə qədər yerləri bölüşdürürlər. Belə olan təqdirdə qıtlığın olması, nəticədə qiymətin artmasına, onun da nəticəsində infilyasiyanın yaranmasına gətirir.
Buna baxmayarq, Azərbaycan respublikası həm qıtlığın ortadan qaldırılması, ərazaq təhlükəsizliyinin təmin edilməsi, ölkənin özünün ərzaqla təminatının həyata keçirilməsi ilə bağlı ciddi tədbirlər görür. Prezident Nazirlər Kabinetinin iclasında tapşırıqlar verdi ki, antiinhisar tədbirləri həyata keçirilməklə süni qiymət artımına yol verilməsin. Biz ehtiyatlarımızı həll etməliyik. Bu ehtiyatları təmin etmək üçün dövlət büdcəsindən cari ilə nisbətən ölkədə ərzaq təhlükəsizliyinin təmin edlməsi llə bağlı ciddi vəsaitlər ayrılması nəzərdə tutulur. Digər tərəfdən, ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Kənd təsərrüfatına olan təlabatı özümüz ödəyə bilərik. Qiymət artımı və infilyasiya dərəcəsi daha çox sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyaclarını ödəmək üçün dövlət tərəfindən addımlar atılmaqdadır. Qiymət artımı və infilyasiya dərəcəsi elə bir vəziyyətdədir ki, bu istər-istəməz bütün insanların yaşayışına mənfi təsir göstərir. Amma infilyasiya sosial müdafiəyə ehtiyacı olan insanlara daha ağır təsir göstərir. Bunun da qaşısını almaq üçün dövlət bir neçə tədbirlər həyata keçirib. O tədbilər işərisində mən bu il ilk dəfə olaraq ehtiyac meyarının minimum yaşayış həddinə bərabərləşməsini göstərə bilərəm. Azərbaycanda ehtiyac meyarı artırılaraq 246 manata çatrılmışdır ki, bu da tarixdə ilk dəfə olaraq minimum yaşayış həddi ilə eyni bərabərlikdədir. Ehtiyac meyarının 246 manata çatdırılması ölkədə ünvanlı sosial yardım alan insanların ünvanlı sosial yardım məbləğinin daha artıq olmasına gətirib çıxaracaq. Bu il əhalinin orta aylıq gəlirləri 20 faiz artmışdır, amma infilyasiya dərəcəsi də 13,4 faiz olmuşdur. Belə çıxır ki, infilyasiya dərəcəsi əhalinin gəlirlərinə təsir etsə də, yenə əhalinin gəlirləri üstünlük təşkil etmişdir. Azərbaycan dövlətinin qarşısında duran əsas məqsədlərdən biri ondan ibarətdir ki, 2023-cü ildə də əhalinin gəlirlərinin səviyyəsini artırsın. Bu da infilyasiya dərəcəsinin artmasına nisbətən əhalinin gəlirlərinin də artmasını özündə ehtiva edir.
Azərbaycan dövləti ilk dəfə proqnozlaşdırıb ki, ilin sonunda Azərbaycan iqtisadiyyatı böyüyərək təxminən 130 milyard olacaq ki, bu da tarixdə ilk dəfə olaraq rekord nəticə kimi qiymətləndiriməlidir.
- Əhalinin sosial müavinətləri məsələsi ilə bağlı deputatlardan biri maraqlı təklif irəli sürüb. Bildirib ki, insanlar daha çox uşaq pulu məsələsinin üzərində dayanır. Və təklif edib ki, əsas diqqət sosial yardımların uşaq pulu kimi verilməsinə yönəldilsin. Bu məsələ ilə əsas problemi həll etmək mümkündürmü?
- Birmənalı şəkidə onu bildirmək istəyirəm ki, uşaq pulu məsələsi bizim üçün çox aktualdır. Gəlin məsələni sadəcə “dövlət uşaq pulunu verməlidir” tezisi üzərində qurmayaq. Əvvəla, “uşaq pulu” ilə bağlı ciddi hesablamalar aparılmalıdır. Hesablama planı əsasında müəyyənləşdirməliyik ki, ölkə əhalisinin neçə faizi uşaqdır və onların neçə faizi uşaq pulu ilə təmin olunmalıdır. Birincisi, “uşaq pulunun” məbləği müəyyənləşməlidir və biz qarşıdakı icmal büdcəmizi, 2022, 2023, 2024, 2025-ci illər dövlət büdcəsini də nəzərdən keçirməliyik ki, problemləri köklü həll edək. Əgər biz “uşaq pulunun” verilməsinə başlayırıqsa, bu davamlı, əhatəli, hər il artan temp üzrə davam etməlidir. İqtisadi reallıqlar onu özündə ehtiva edir ki, uşaq pulu hesabatlı olmalı, elə edilməlidir ki, bütün insanları əhatə edə bilsin. Burada da veriləcək pullar hər il infilyasiyanın dərəcəsi nəzərə alınaraq hesablanmalıdır. Biz hesablamalıyıq ki, ünvanlı sosial yardımın respublika üzrə büdcəsi nə qədərdir və uşaq pulu verdiyimiz təqdirdə nə qədər olacaq. Ümumiyyətlə, sosial müdafiə xətti ilə insanlara verilən soial müdafiə vəsaitlərinin hansı hissəsini ləğv edib uşaq puluna yönəldə bilərik? Gəlin açıq etiraf edək ki, biz sosial müdafiə xərclərini ləğv edib sadəcə uşaqpulunun üzərinə fokslana bilmərik.
Məsələn, müharibənin vurduğu ağır ziyanlar var, o ailələrin eləsi var ki, onlara uşaq pulu müavinətləri düşmür. O zaman belə olduğu təqdirdə onların sosial müdafiəsi nə ilə təmin edilsin. Ona görə də biz təbii ki, uşaqpulu məsələlərinə getməliyik, amma bu bütövlükdə ünvanlı sosial yardımın, digər yardımların, birdəfəlik mükafatların fövqündə deyil, başqa bir büdcə forması ilə edilməlidir. Elə etməliyik ki, həm uşaq pulu alanlar bundan yararlana bilsinlər, eyni zamanda digər sosial müdafiəyə ehtiyacı olan ailələrin də ünvanlı sosial yardımları, prezident təqaüdləri, digər yardımları kəsilməsin. Yəni uşaqpulu o biri ailələrə verilən hansısa yardımların kəsilməsi hesabına baş verməli deyil.
- Mahir müəllim, ölkə içində real siyasi dialoq mühiti ölkədə və regionda baş verən gərgin proseslərə paralel olaraq nə dərəcədə adekvat inkişaf edir?
- 2020-ci ildən sonra cənab Prezidentin Azərbaycanda yeni siyasi konfiqurasiyanın cizgilərini cızdı. Buna uyğun olaraq Prezident Aparatında qanunverici orqanla və siyasi partiyalarla iş üzrə şöbə yarandı. Bundan sonra ölkədə siyasi dialoqun qurulması ilə bağlı ciddi addımlar atıldı. Azərbaycan tarixində heç vaxt olmayan bütün siyasi partiyaların bir amal uğrunda birləşməsi və vahid cəbhədən iştirak etməsi ilə bağlı siyasi bəyanat imzalandı. Çünki elə mövzular var ki, siyasi fəaliyyətindən asılı olmayaraq hamı bir yerdə olmalıdır. Bu mövzu Vətən toraq, dövlət, ölkənin təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığıdır, xarici siyasəti, xaricdə olan təsirlərlə bağlı birləşməkdir. Bütün bu mövzular siyasi əqidəsindən asılı olmayaraq insanların bir yerdə olmasını vacib edən məqamlardır. Prezidentin irəli sürdüyü ideyalar müstəvisində bu konfiqurasiya formalaşıb. Biz bunu Yeni Azərbaycan Partiyasının 30 illik yubleyi ilə bağlı keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların həmin tədbirdə iştirak etməsi və YAP-a təqdim olunan təbrik məktublarında görə bilirik. Eyni zamanda, siyasi partiyaların birlikdə işğaldan azad olunan ərazilərə səfərləri, bəzi tədbirlərdə Azərbaycana qarşı atılan addımlarda siyasi bəyanatların verilməsi konfiqurasiyanın nümunələri kimi qiymətləndirilməlidir. Bu davamlı olmalıdır. Çünki bizim uğurlarımza sevinməyən qüvvələr var. Bu gün qonşularımızda baş verən hadisələr, ölkəmizə qarşı olan müdaxilələr təbii ki, bütün siyasi partiyalar tərəfindən pislənməlidir və pislənir.
Bu fonda Azərbaycanın hüquq-müafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində ortaya çıxan neqativlər çox təəssüf doğurur. Burda digər mənalar axtarmaq lazım deyil. O insanların içərisində maddi imkanları yaxşı olanlar var. Bu insanlar belə addımlar atmaqda maddi çətinlikəri önə gətrə bilməzlər. Bu insanlar kimlərinsə vasitəsi ilə yoldan çıxarılıb, xəyanatə imza atmış insanlarıdr. Bu insanlara yazıqlar olsun.
Qonşu dövlət anlamalıdır ki, bu proseslərlə Azərbaycanı qorxutmaq olmaz. Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil ki, onunla bu dildə danışsınlar. Azərbaycan inkişaf etmiş, torpaqlarını azad etmiş, Ordusunu Avropa, NATO standartlarına uyğun 50 ordu sırasına çıxartmış, iqisadiyyatını dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxartmış, xalqı tərəfindən dəstəklənən liderə sahib, bütün torpqlara hakim olan qalib ölkədir. Azərbaycanda yaşayan bütün xalqlar dinindən, dilindən, etiqadından asılı olmayaraq Azərbaycan prezidenti cənab İlham Əliyevi dəstəkləyir. Azərbaycanda xalq-iqtidar birliyi var. Bu birlik təbii ki, bizim ən böyük gücümüzdür.
- Qeyd etdiniz ki, YAP-ın 30 illik yubleyində bütün partiyaların həmrəyliyi nümayiş olundu. Yeni düzəndə, yeni reallıqda YAP özü necə yenilənə bilib?
- YAP-ın axırıncı qurultayında Azərbaycan Prezidentinin rəhbərliyi ilə yeni strukturu yaradılıb. YAP yeni çağırışlara cavab olaraq yeni bir siyasi xətt götürüb. Bu siyasi xətt Heydər Əliyev ideyalarına sadiq qalaraq Heydər Əliyev ideyalarını inkişaf etdirərək, yenilikçi, gəncləşən, inkişaf edən Azərbaycana öz töhfələrini verməklə bağlıdır. Ən mühüm məqamlardan biri Mehriban Əliyevanın YAP sədrinin birinci müavini seçilməsidir ki, bu da YAP-a yeni bir ab-hava gətirib. YAP hakim siyasi partiya olmasına baxmayaraq digər siyasi partiyalarla birlikdə ölkədə siyasi dialoqun qurulması, siyasi fikir plüralizminin inkişaf etdirilməsinə, demokratik dəyərlərin inkişafı ilə bağlı dialoq keçirməkdədir və mənə elə gəlir ki, bu işin öhtəsindən layiqlincə gəlir. İlk dəfə olaraq parlamentdə sədr müavinlərinin birinin, bütün komitə sədrlərinin müavinlərinin müxalifət partiyalarından olması onu göstərir ki, YAP istənilən məsələdə müxalifətlə dialoq etməyə, bölüşməyə hazırdır. Biz istəyirik ki, cəmiyyətdə siyasi etimad özünü biruzə versin. Yap-da bu etimadın qurlmasına öz töhfəsini verməkdədir. /"həftə içi"/
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"